Vaşinqton Asiyaya diqqəti artırıb: Baydenin əsas məqsədi AÇIQLANDI

Vaşinqton Asiyaya diqqəti artırıb:  Baydenin əsas məqsədi AÇIQLANDI
"Vaşinqton Rusiya-Ukrayna müharibəsi fonunda Asiyadakı müttəfiqlərini də unutmur. ABŞ, Avstraliya və Böyük Britaniya hipersəsə malik silahların istehsalı məsələsində əməkdaşlıq edəcəklərinə qərar veriblər. Bundan başqa Avstraliya ABŞ-ın dəstəyi ilə atom sualtı gəmilərinin istehsalı prosesinə başlayıb”.
 
Sfera.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Pekin bu gedişatı anti-Çin addımları kimi dəyərləndirib:
 
"ABŞ, Böyük Britaniya və Avstraliya Ukraynadakı müharibə fonunda hərbi zəmində əməkdaşlığı genişləndiriblər. Bu ölkələr Çinin adını çəkməsələr də, hər üçünün Pekinlə münasibətlərində ciddi problemlər var. Pekin hesab edir ki, ABŞ Sakit okean bölgəsində silahlanma yarışını sürətləndirib, bu isə yeni "soyuq müharibəyə” və sabitliyə zərbə vurur. Halbuki Çinin özü də son illər eyni bölgədə hərbi varlığını artırıb. Pekin Sakit okean bölgəsindəki gərgin durumun Ukraynadakı durumdan fərqlənmədiyi qənaətindədir. Vaşinqtonun isə proqnozu belədir ki, Çin yaxın illərdə Çin Tayvan adasını ələ keçirməyə çalışacaq. Vaşinqton bunun qarşısını almaq üçün indidən bölgədəki müttəfiqlərini hərəkətə gətirib.

Bu arada, ABŞ Prezidenti Co Baydenin 20-24 may arasında Cənubi Koreya və Yaponiyaya səfər edəcəyi xəbəri yayılıb. Bayden administrasiyasının bu səfərlə bağlı iki məqsədi var. Birinci məqsəd Seulda və Tokioda təhlükəsizlik mövzularını, o cümlədən Çin və Şimali Koreya təhlükəsini müzakirə etməkdir. Şimali Koreya lideri beynəlxalq aləmin diqqətinin Ukraynaya yönəldiyini fürsət bilərək nüvə başlığı daşıya bilən raketlərin sınaqlarını artırıb. Liderin ətrafı isə son vaxtlar Cənubi Koreyanı hədələməyə başlayıblar. Baydenin səfərinin ikinci məqsədi təhlükə fonunda Cənubi Koreya ilə Yaponiya arasında əməkdaşlığı gücləndirməkdir. Hər ikisi Şimali Koreyanın raket sınaqlarını bölgə üçün təhlükə mənbəyi sayırlar”.
 
E. Şahinoğlunun sözlərinə görə, Cənubi Koreya ilə Yaponiya arasında sualların sayı az deyil:

"Yaponiya İkinci Dünya müharibəsindəki məğlubiyyətinə qədər uzun illər Koreya yarımadasını işğalda saxlayıb. Bu illərdə xeyli koreyalı həlak olub. Yaponiya müharibədən sonrakı illərdə itkilərə görə Cənubi Koreyaya təzminat ödəsə də, münasibətlər tam normallaşmayıb. Misal üçün Yaponiyanın baş nazirləri hər il yapon hərbçilərin basdırıldıqları qəbirsanlıqları ziyarət edirlər. Həmin qəbirsanlıqlarda isə koreyalılara və çinlilərə zülm edən hərbçilər də basdırılıb. Hər halda Çin və Şimali Koreya təhlükəsi Seulla Tokio arasında əməkdaşlığı genişləndirməyi diktə edir.
 
Baydenin Asiyaya turnesi çərçivəsində Avstraliya, Hindistan və Yaponiya liderlərinin iştirakı ilə sammit də keçiriləcək. Bu dövlətlərin liderləri arasında ilk sammit ötən ilin sentyabrında Vaşinqtonda keçirilmişdi. 24 mayda keçiriləcək ikinci sammitə Yaponiya ev sahibliyi edəcək. Tokio Çin və Şimali Koreya ilə yanaşı, artan Rusiya təhlükəsindən də ehtiyat edir. Yaponiya Rusiya ilə əməkdaşlığı aşağı səviyyəyə endirib. Belə vəziyyətdə Tokionun Vaşinqtonun hərbi dəstəyinə daha çox ehtiyacı yaranıb”.  
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

“Fərid Hacıyevin bu vəzifəyə təyinatı idarəçiliyə yeni ruh gətirəcək” – AÇIQLAMA

"Fərid Hacıyevin Milli Məclisin Aparat rəhbəri təyin olunması xəbərini məmnunluq hissi ilə qarşıladım. Bu cür önəmli və məsuliyyətli posta gənc bir kadrın təyin...

Baydenin son qərarı Rusiyanı diz çökdürəcək? - "Yayda qanlı döyüşlər gözlənilir..."

ABŞ prezidenti Co Bayden dünən "Ukrayna demokratiyasının müdafiəsi üzrə Lend-Liz Aktı"nı imzalayıb. Beləliklə, İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizə...

Putin “Qırmızı meydan”da nə deyəcək? - AÇIQLAMA

"Ukraynanın işğalı planı Rusiyanın istədiyi kimi getmir, hətta A planını – Kiyevi tutmağı - bacarmayan ruslar B planına - Donbası tamamilə zəbt etməyə də tam na...

Qriqoryanın son bəyanatı nəyə hesablanıb? – AÇIQLAMA

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Bakıdan  Qarabağdakı ermənilərin təhlükəsizliyinə təminat istədiyini açıqlayıb.  Qarabağ mü...