Uşaqlarda aşkarlanan rotavirus nədir?

Uşaqlarda aşkarlanan rotavirus nədir?
Azərbaycanda qeydə alınan rotavirus əsasən beş yaşına qədər uşaqlar arasında yayılır.
 
Sfera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında infeksionist Mərdan Əliyev deyib.
 
Onun sözlərinə görə, bu xəstəlik qış və yaz aylarında özünü büruzə verir.
 
"Xəstəliyin əsas əlamətləri ürəkbulanma, qusma, ishal və qızdırmadır. Bu xəstəliyə uşaqlar əsasən bağçalarda yoluxur. Xəstəliyə yoluxma çirkli əllərlə toxunuş zamanı baş verir.
 
Rotavirus mövsümi xəstəlikdir. Virusa qarşı istifadə edilə biləcək antibiotik və ya antiviral müalicə yoxdur. Bu xəstəlik bir həftə ərzində sağalır.
 
Xəstəlik iki yaşına qədər uşaqlarda daha kəskin özünü göstərir, belə ki, orqanizmdə hipovolemik şok verən ağır susuzluq yaradır.
 
Qızdırma əsasən iki gün olur. Uşaqlarda hər yoluxmadan sonra orqanizmdə rotaviruslara qarşı immunitet yarandığına görə, növbəti yoluxmalarda xəstəlik əvvəlkilərə nisbətən daha yüngül keçir", - deyə infeksionist bildirib.

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

DİQQƏT: Bu xəstəlikləri olan şəxslər müəllim işləyə bilməz

Bir sıra hallarla yanaşı, müəyyən xəstəlik və əlamətlərə sahib şəxslərin də pedaqoji fəaliyyətlə məşğul olması mümkün deyil. Belə ki, "Pedaqoji fəaliyyətl...

Azərbaycanda vaksinasiya ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata ...

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb. Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Virusa ...

128 yaşlı qadın sirrini açıqladı – “Bu iki qida məni saxlayıb…”

Dünyanın ən yaşlı insanı kimi tanınan cənubi afrikalı Yohanna Mazibukonun bu yaxınlarda 128 yaşı tamam olub.    Sfera.az xəbər verir ki, qarğıdalı f...

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yan...