Ulu öndərin vəsiyyəti həyata keçdi - Hikmət Hacıyev

Ulu öndərin vəsiyyəti həyata keçdi - Hikmət Hacıyev
Təqvimdə dahi insanların yalnız doğum günü olur. Ona görə də Azərbaycan xalqı 10 may tarixini məhz Ulu öndər Heydər Əliyevin doğum günü kimi qeyd edir. Azərbaycan xalqının qəlbində ulu öndərin irsi yaşayır. Heydər Əliyevin fəaliyyəti məhz Azərbaycan Respublikasının, ölkəmizin inkişafı, dövlətçiliyinin gücləndirilməsi ilə bilavasitə bağlıdır.

Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, ulu öndər fenomeninə yalnız Azərbaycan Respublikasının kontekstində yox, 200 il ərzində ölkəmizə qarşı hazırlanmış məkrli planlar çərçivəsində baxmaq lazım idi:

"İstər 19-cu, istər 20-ci yüzillikdə addım-addım ölkəmizə qarşı bu plan həyata keçirilirdi. Məhz Qarabağ hərəkatı, erməni lobbisi və dairələri tərəfindən Qarabağın işğalı da 1980-ci illərin sonunda ulu öndərin SSRİ rəhbərliyindən götürülməsindən və ona qarşı məkrli planların həyata keçirilməsindən sonra başladı. Burada məkrli planı həyata keçirənlər hər şeyi çox yaxşı şəkildə planlaşdırmışdılar. Amma onlar iki şeyi nəzərə ala bilməmişdilər. Bu, rəhmətlik Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının əzmi idi. Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinin təməlləri qoyuldu. Ölkəmizin daxili siyasətinin inkişafı, xarici siyasət strategiyasının əsasları qoyuldu. O addımla da Azərbaycan dövləti yeni inkişaf mərhələsinə qədəm qoydu".

Prezidentin sözçüsü bildirib ki, Heydər Əliyevin yalnız yaşadığı dövrlə yox, özündən sonra qoyduğu siyasi irslə də yadda qaldı:
"Ulu öndər tərəfindən qoyulan siyasi irs bu gün də qorunub saxlanılır. Ulu öndər tərəfindən qoyulmuş bir vəsiyyət var idi, Qarabağın işğaldan azad olunması. 8 Noyabr 2020-ci ildə Azərbaycan qəlbinin tacı olan Şuşa şəhəri işğaldan azad olundu. Cənab prezident tərəfindən də xalqımıza, dünya azərbaycanlılarına müraciətdə məhz ata vəziyyətinin həyata keçirilməsini səsləndirdi".
 

OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Ermənistandakı aksiyalardakı zorakılıqlara Qərb niyə səssiz qalır? - TƏHLİL

Ermənistanda etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarından etibarən vətəndaş itaətsizliyi aksiyaları intensivləşib. Etirazçılar vaxtaşırı küçələri bağ...

Azərbaycanda yeni Mərkəz yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. ...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

İlham Əliyev türkiyəli naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyəti...