Ukraynanın istifadə etdiyi "Bayraktar TB2" və Javelin-nin xüsusiyyətləri - FOTOLAR

Ukraynanın istifadə etdiyi
İkinci Qarabağ müharibəsində dünyanın nəfəsini dərmədən seyr etdiyi silah Bayraktar TB2 idisə, Rusiya-Ukrayna müharibəsində isə yanan hərbi kolonlarının sıradan çıxarılmasında əsas rol oynayan silahlar tank əleyhinə idarəolunan raket  (ingiliscə: anti-tank guided missile (ATGM), və ya anti-tank guided weapon (ATGW) kimi tanınan Javelin və (Next Generation Light Anti-tank Weapon) NLAW-dır.

Bununla yanaşı, Bayraktar TB-2 də öz üstünlüyünü qoruyub saxlamaqdadır.

Ukraynada yaxın məsafədən düşmənin texnikasını sıradan çıxarılmasında isə "Javelin”lər xüsusi rol oynayır. 

Bu silah İsveçin çoxprofilli SAAB korporasiyası tərəfindən layihələndirilib, Böyük Britaniyada istehsal edilir. 

Onun hədəfi vurma məsafəsi 20-800 metrə qədər, çəkisi isə yüngüldür (12,7 kq). Hədəfi vurmaqda isə atıcıdan hansısa xüsusi bacarıq tələb etmir, hədəf seçilir, elektronika özü hər şeyi ölçüb biçir. Onun özəlliyi ondadır ki, mərmi zirehli texnikaya ancaq başının üstündən zirehi deşib daxil olur (pilotsuz uçuş aparatlarından buraxılan mərmilərdə olduğu kimi). 

Mərmi yüksək yandırıcı xüsusiyyətə malikdir - zirehi deşib içəri daxil olandan sonra alışma zamanı 1000 dərəcəyə qədər temperatur artımı olur. Ona görə də müharibə kadrlarına baxanda texnikada çox şeyin əridiyini müşahidə edirsiniz. Qiyməti $27-30 mindir.

Bu silahlardan atəş məsafələrinə görə bir nəfər tərəfindən çiyindən və ya bir birlik tərəfindən qurulan üçayaqlı qurğulardan, həmçinin helikopterlərdən də atıla bilir.

Əgər birinci nəsil bu silahlarla hədəfi tapmaq üçün komanda qolu kimi bir alətlə operator vasitəsilə hədəfi tapa bilirdi. Ancaq bu iş üçün operatorun yaxşı təcrübəsinin olması və raketin uçuşu zamanı hərəkətsiz qalması lazım gəlirdi.

İkinci nəsil bu silahlardan hədəf vurulana qədər operatorun nişangahı hədəfdən ayırmaması lazım idi. Bu sistemlərdə raketi idarə etmək üçün kabel, radio siqnalı, lazer işarələnməsi və ya raketə yerləşdirilən TV kamerasından istifadə olunurdu. Bu raketlərə ABŞ istehsalı TOW raketləri misal ola bilər. Ancaq bu nəsil silahlarda da operatorun sabit qalması lazım gəlirdi.

Çox inkişaf etmiş üçüncü nəsil silahda isə lazer, elektronik görüş sistemlərindən istifadə olunur. Raket hədəfə kilidləndikdən sonra onu idarə etməyə ehtiyac qalmır (Bu cür raketlər "Atəş aç, unut” prinsipi ilə işləyir). Raket hədəfə kilidləndikdən sonra operator öz yerini tərk edə bilər. Bu sistemlərə İsrail istehsalı olan Spayk, ABŞ istehsalı olan Javelin aiddir.
 
(olke.az)

OXŞAR XƏBƏRLƏR

Bu ayaqqabıların cütü 1850 dollardır - FOTO

Dünyaca məşhur fransız markası "Balenciaga" fərqli formada ayaqqabı modellərini təqdim edib. Sfera.az axşam.az-a istinadən xəbər verir ki, loqotipi çirkli...

Toyda işıq söndü, gəlin bacısının nişanlısı ilə evləndi – İnanılmaz olayın təfərrüfatları…

Hindistanın Ujjain şəhərində iki bacı eyni vaxtda evlənmək qərarına gəlib.    Sfera.az xəbər verir ki, toy mərasimləri zamanı elektriklər kəsiləndə ...

"Merilin Monro" rekord qiymətə satıldı - XX əsrin ən bahalı sənət əsəri

Pop-art cərəyanının ən önəmli nümayəndələrindən biri, amerikalı rəssam Endi Uorholun "Merilin Monro” portretlərindən biri rekord qiymətə satılıb.   Sfera...

Hitler fanatı olan cütlüyün toyu qalmaqal yaratdı: Məclisə SS zabitlərinin geyimində gəldilər... - FOTOLAR

Meksikalı cütlüyün toyu dünyanın gündəminə oturub.   Sfera.az bildirir ki, Fernando və Cozefina adlı şəxslərin təkcə toy məclisləri deyil, sonradan təşk...

Bu ölkə Rus işğalına qarşı "yeni dünya" qurub: Yer altında uşaq bağçaları, hovuzlar... - FOTOLAR

Finlandiya Rusiyanın mümkün işğalına hazırlaşmağa başlayıb.   Sfera.az bildirir ki, bu barədə "Daily Telegraph” qəzetində yazı dərc olunub. Belə ki, Brit...

Dünyanın ən böyük canlısı kəşf edildi – FOTO

Alp dağlarında araşdırmalarını davam etdirən elm adamları tarixdə qalacaq bir kəşf ediblər.    Sfera.az xəbər verir ki, tədqiqatçıların apardığı qaz...