Ukraynalı samboçu ailəsi ilə birklikdə həlak oldu
09:25 / 09.03.2022
893
Sambo üzrə Ukrayna çempionu Artyom Priymenko ailəsi ilə birlikdə həlak olub.
Sfera.az-ın məlumatına görə, bu barədə məşqçi Yevgeni Leonenko feysbukda bildirib.
Mütəxəssis Rusiya qoşunlarının Sumı şəhərindəki yaşayış binalarına aviazərbələr endirməsi nəticəsində 16 yaşlı idmançının atası, anası, nənəsi və iki kiçik qardaşı ilə birlikdə dünyasını dəyişdiyini bildirib.
Qeyd edək ki, bu gecə Sumıya aviabombalar atılıb. (Report)