"Ukrayna və Qərb hücum planlaşdırırdı" - Rusiyadan iddia

"Ukrayna və Qərb Donbassa hücum etməyi planlaşdırırdı”.
 
Sfera.az bildirir ki, bu iddia ilə Rusiyanın İstanbuldakı baş konsulu Andrey Buravov çıxış edib. 

O, Rusiyanın Ukraynaya hücum əməliyyatının ilk mərhələsində bir sıra bilgilərin ortaya çıxdığını vurğulayıb: "Həmin tapıntılar göstərir ki, Donbasa böyük hücum Ukrayna və onu dəstəkləyən Qərb tərəfindən planlaşdırılıb. Əldə edilmiş bəzi sənədlər bu hücumun martın 8-i üçün planlaşdırıldığını göstərir. Bununla bağlı Ukraynaya əvvəllər də silah-sursat göndərilirdi. Bütün hazırlıqlar buna uyğun aparılıb”.

İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı açıqlama verən Buravov, "İki ölkə ilə heç bir problemimiz yoxdur. Biz açıq şəkildə dedik ki, onların neytrallıq siyasəti həm özlərinə, həm də Rusiyaya sərfəli olub və olacaq. Rusiya bu ölkələr üçün təhlükə yaratmadı. Siz artıq bilirsiniz ki, Putinlə Finlandiya prezidenti arasında telefon danışığı olub. Görüşdə bu məsələlər aydın şəkildə izah edilib və Finlandiyanın bu qərarının çox yanlış olacağı bildirilib”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

"Müharibə hələ uzun müddət davam edəcək" - SƏBƏBLƏR

"Rusiyanın Ukraynanın Xerson bölgəsi və özəlliklə Mariupol şəhəri ilə bağlı planları göstərir ki, müharibə hələ uzun müddət davam edəcək”.   Sfera.az bil...

“Türkiyə restoranlarından, avtomobillərindən istifadə etməyin” – Deputatdan BOYKOT ÇAĞIRIŞI

NATO-ya üzv olmaq üçün rəsmi müraciət edən Finlandiyada Mərkəz Partiyasının üzvü Mikko Karna insanları Türkiyə Finlandiyanın NATO üzvlüyünü təsdiq edənə qədər t...