UEFA Bakıda qol vuran futbolçunu fərqləndirdi
14:42 / 01.03.2022
1498
UEFA Konfrans Liqasının rəsmi tviter hesabı Fransanın "Marsel" klubunun futbolçusu Matteo Genduzi haqqında paylaşım edib.
Sfera.az xəər verir ki, postda 23 yaşlı yarımmüdafiəçinin pley-off mərhələsinin cavab oyununda "Qarabağ"a vurduğu qol yayımlanıb. Bu, qarşılaşmadakı 2-ci qol olub.
Paylaşımda "Genduzi hücumu başlayır və bitirir" yazılıb.
Qeyd edək ki, "Qarabağ" - "Marsel" görüşü qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Fransadakı ilk matçda "köhlən atlar" 1:3 hesabı ilə uduzub.