Türkiyədən Ermənistan aviaşirkətinə QADAĞA
16:53 / 05.05.2022
1202
Türkiyə Ermənistanın "FlyOne Armenia” aviaşirkətinə uçuş üçün öz hava məkanından istifadəyə icazə verməyib.
Sfera.az "Sputnik Armenia”ya istinadən xəbər verir ki, qadağaya görə adı çəkilən şirkət İrəvan-Lion və İrəvan-Paris-İrəvan reyslərini iyunun 10-na qədər ləğv edib.
Bununla belə, aviaşirkət İrəvan-İstanbul-İrəvan reyslərini yerinə yetirməyə davam edəcək.