Türkiyə sabah tarixi dönüşə İMZA ATA BİLƏR: “Rusiya-Ukrayna müharibəsi bitir...”

Türkiyə sabah tarixi dönüşə İMZA ATA BİLƏR: “Rusiya-Ukrayna müharibəsi bitir...”
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada görüşəcəklər. Görüş martın 10-da Türkiyənin də iştirakı ilə üçtərəfli formatda baş tutucaq.
 
Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov deyib ki, həm Kiyev, həm də Moskva danışıqlar masasına əyləşməkdə maraqlıdır. Müsahibimiz xatırladıb ki, Türkiyə hələ müharibə başlamazdan əvvəl dəfələrlə vasitəçiliyini təklif etsə də, amma bu, olmamışdı: 

"Prezident Rəcəb Tayyib Ərdoğan Üçüncü Dünya müharibəsinə çevrilə  biləcək bu hərbi əməliyyatları dayandırsa, təkcə xalqının deyil, planetin qəhrəmanı olacaq. Bu isə onun növbəti prezident seçkilərində qalib gəlməsində ciddi divident rolunu oynayacaq. Şübhəsiz, Ankara həm də regional əməkdaşlıq baxımından savaşın uzanmamasını istəyir. Müharibə davam etsə, Türkiyə tərəf seçmək məcburiyyətində qala bilər ki, bu da Ərdoğan üçün arzuolunan deyil. Çox güman, sabahkı görüş konstruktiv keçəcək. Çavuşoğlu tərəflər arasında razılığın əldə olunmasına çalışacaq. Türkiyəli nazir hər iki həmkarının maraqlarının təmin olunmasına səy göstərəcək”.

Ekspert qeyd edib ki, Putin və Zelenskinin Türkiyə liderinin mövqeyindən imtina etmələri üçün çox ciddi səbəb olmalıdır:

"Sabahkı görüşdə tərəflər şifahi olsa da, müəyyən razılığa gələ bilərlər. Əvvəllər də dediyimiz kimi, bu konsesus Ukraynanın NATO- ya üzvlükdən imtina etməsi qarşılığında Rusiya qoşunlarının ölkədən çıxarılması kontekstində ola bilər. Yəqin ki, görüşdən sonra Ukraynada durum stabilləşəcək. Rusiya ordusu müvəqqəti olsa da, geri çəkiləcək, əməliyyatları dayandıracaq. Rusiya hakim dairəsində, xüsusilə hərbi elitasında islahatlar gözlənilir. Çünki müharibə dayansa, Kreml uğursuzluqla üzləşəcək. Savaşdan qazandığı nəsə olmayacaq”.

Günay Rəsulqızı
Sfera.az



OXŞAR XƏBƏRLƏR

“Türkiyə İsveç və Finlandiyaya şərt qoyacaq ki...” – Rusiyanın qonşuları kompromisə gedir?

İsveç NATO-ya üzvlük üçün Türkiyəyə heyət göndərib. Finlandiya isə adıçəkilən təşkilata rəsmi qaydada üzvlük üçün çərşənbə günü müraciət edəcək.   Maraql...

“Bu tarixdən etibarən Türkiyənin hərbi bazası Azərbaycanda olacaq” – AÇIQLAMA

"Rusiya nümayəndəsinin BMT-də Azərbaycanı bioloji silahların laboratoriyası qurmaqda ittiham etməsi, Kremlin yeni təzyiq mexanizmdir”.  Sfera.az xəbə...

9 Maydan imtina etməliyik?

Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə bir çox məsələlərə münasibəti dəyişib. Təəssüf ki, bunlardan biri də 9 May – Alman faşizmi üzərində Qələbə g...

ABŞ-Ermənistan müqaviləsi Azərbaycan üçün nə vəd edir? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ABŞ və Ermənistan arasında nüvə əməkdaşlıq sazişi imzalanıb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edən ABŞ dövlət kati...

Putin Paşinyanı CƏZALANDIRIR: Ermənistandakı aksiyalar nə ilə nəticələnəcək?

Bir neçə gündür ki, Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyaları davam edir. Müxalifət nümayəndələri yolları bağlayır, Baş nazir Nikol Paşinyanı satqınlıqda...

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bu tarixdə imzalanacaq" – AÇIQLAMA

ATƏT-in Minsk Qrupunun (MQ) Rusiyadan olan həmsədri İqor Xovayev Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsu...