Tozsoran, fen səsi ilə yatan körpələr - Valideynlərin belə seçiminin yaradacağı FƏSADLAR

Tozsoran, fen səsi ilə yatan körpələr - Valideynlərin belə seçiminin yaradacağı FƏSADLAR
Hələ 1 yaşı tamam olmayan bəzi uşaqlar tozsoran, fen və digər buna oxşar cihazlarin səsi ilə sakitləşərək yatırlar. Ağlayan, uzun müddət yatmayan körpələr tozsoran və ya fen səsi ilə daha tez sakitləşir və uzun müddət yatırlar.
 
Bəs buna səbəb nədir?
 
Pediatr Hafizə Orucovanın sözlərinə görə, uşağı bu cür sakitləşdirib yatızdırmaq düzgün hesab olunmur. Analar daha çox məhz bu variantı seçməklə böyük səhv edirlər.  
 
Bəzən deyirlər ki, körpə ana bətnində olarkən bütün səsləri tozsoran və ya saç feninin xışıltısı kimi eşidir. Elə buna görə də doğulandan sonra məhz bu alətlərin səsinə müsbət reaksiya verərək, daha tez sakitləşir.
 
Psixoloq Esmira Qafarova isə deyir ki, bu səslərdən çox istifadə etmək gələcəkdə uşağın psixologiyasına mənfi təsir göstərə bilər. Analar bu üsula çox qısa müddətlik əl ata bilərlər. Onda isə telefon maksimum uzaq məsafəyə qoyulmalıdır.