Texno-bloqqer: "MİDA nəticələri ləğv edilməlidir!"

Texno-bloqqer:
"MİDA nəticələri ləğv edilməli və təcili şəkildə şəffaf sistemə keçid təmin olunmalıdır”.
 
Sfera.az bildirir ki, bunu texno-bloqqer Fərid Pərdəşünas deyib. O qeyd edib ki, bunlar təmin edilməsə, fərqli yoldan istifadə etmək mümkündür:

"Şəxsi məlumatlar istisna olmaqla bütün "log" fayllar ictimatə açıq paylaşılmalıdır. İnsanlar 4 saniyəyə seçim edən vətəndaşları tanımalıdır”.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz isə deyib ki, MİDA irəli sürülən iddialara aydınlıq gətirməli və bununla bağlı daha ətraflı data açıqlanmalıdır:

"Sonuncu onlayn satışdan sonra MİDA rəsmi olaraq iki məlumat paylaşıb. Birincisi hansısa, elə də  ictimai əhəmiyyət kəsb etməyən press relizdir, digəri isə satışla bağlı statistikadır. Qurumun rəsmi statistikası, sosial mediadakı narazılıqlar və mənzil seçimi ilə bağlı 2-3-4-5 saniyə məsələləri ilə  uzlaşmır. MİDA deyir ki, mənzil seçimi 6-cı saniyədən sonra başlayıb. Bir çoxları isə iddia edir ki, 2-3-4-5 saniyə ərzində sistemə daxil olub, lakin seçim üçün mənzillər tapmayıb”.

Ekspert qeyd edib ki, hər bir iddiaçının satışla bağlı real vəziyyətini əks etdirən log fayllar açıqlanmalıdır: 

"O cümlədən, botlarla bağlı məsələyə aydınlıq gətirməli, "Güzəştli mənzil " sisteminin botlara qarşı nə dərəcədə güvənli olmasına ağlabatan bir açıqlama verməlidir”.

Günay Rəsulqızı
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

İlon Mask “Twitter”i almaqdan vazkeçdi? - Gözlənilməz açıqlama

Tesla və SpaceX-in baş direktoru İlon Maskdan "Twitter”lə bağlı diqqətçəkən açıqlama gəlib.   Sfera.az bildirir ki, iş adamı sosial media hesabındakı pay...

“Facebook” Suriya televiziyasının hesabını bağladı – Rusiyaya dəstək verdiyi üçün

"Facebook” Suriya Radio və Televiziya Korporasiyasının hesabını bağlayıb.     Sfera.az xəbər verir ki, yerli media mənbələri agentliyin hesabının...