Təmizlik idarəsinin işçisi zibilyığan maşının altına düşərək öldü
15:11 / 23.03.2022
1212
Qazaxda ölümlə nəticələnən bədbəxt hadisə olub
Sfera.az-a verilən məlumatına görə, hadisə Qazax şəhər Bakı küçəsində qeydə alınıb. Təmizlik idarəsinin əməkdaşı olan Biləndər Əliyev hərəkətdə olan zibilyığan maşının üzərində ki, pilləkəndən tutaraq gedən zaman yol kənarındakı ağaca dəyib və yıxılaraq maşının altına düşüb. Təkər onun başının üstündən keçib və hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırmalara başlanılıb.