Təhsil Nazirliyi və Qarabağ Dirçəliş Fondu arasında memorandum imzalandı - FOTO

Təhsil Nazirliyi və Qarabağ Dirçəliş Fondu arasında memorandum imzalandı - FOTO
Bu gün Təhsil Nazirliyi və Qarabağ Dirçəliş Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

Sfera.az xəbər verir ki, memorandumu təhsil naziri Emin Əmrullayev və Qarabağ Dirçəliş Fondunun sədri Rəhman Hacı imzalayıb. 

Memorandumun əsas məqsədi əməkdaşlıq çərçivəsində birgə layihələr və tədbirləri həyata keçirərək işğaldan azad olunan ərazilərin yüksək rifaha malik regiona çevrilməsinə töhfə verməkdir. 

Anlaşma Memorandumda qeyd olunan məqsəd üzrə aparılan işlər çərçivəsində təhsilin inkişafına dəstəyin göstərilməsi, o cümlədən xarici dövlətlərin təcrübəsi öyrənilməklə tətbiqi, kadr ehtiyacının araşdırılması, təhsil sahəsində dövlət-özəl tərəfdaşlığının təşviqi, təhsil sisteminin imkanlarından yararlanaraq müvafiq müəssisələrdə ianəçilik mədəniyyətinin təbliği və digər bu kimi məsələlər əhatə olunub.

Razılaşmada eyni zamanda işğal nəticəsində Qarabağ bölgəsinə vurulan zərər haqqında məlumatların təhsil sisteminin iştirakçıları, digər marağı olan şəxslər və qruplar arasında təbliği, o cümlədən həyata keçirilən layihələrdə gənclərin iştirakının təşviqi ilə əlaqədar birgə layihələrin reallaşdırılması öz əksini tapıb.
Görüşdə tərəflər arasında birgə əməkdaşlıq çərçivəsində görülməsi nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.
 

OXŞAR XƏBƏRLƏR

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələdə uşaq bağçası inşa olundu - FOTO

Qəbələ şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində uşaq bağçası inşa olunub.   S...

Təhsil Nazirliyi və Qarabağ Dirçəliş Fondu arasında memorandum imzalandı - FOTO

Bu gün Təhsil Nazirliyi və Qarabağ Dirçəliş Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.  Sfera.az xəbər verir ki, memorandumu təhsil...

Emin Əmrullayev şəhid anasına vəzifə verdi - FOTO

Vətən müharibəsi şəhidi Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova Bakı şəhəri 226 nömrəli tam orta məktəbin direktoru təyin olunub. Sfera.az-ın məlumatına...

Şagirdlərin geyim formaları müəyyənləşdi - QƏRAR

Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ni təsdiq edib. Sfera.az xəbər verir ki, bu Qərar 2022/2...

Emin Əmrullayev Türkiyəyə getdi - FOTOLAR

Azərbaycanın təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri başlayıb. Təhsil Nazirliyindən Sfera.az-a veril...

Qarabağ Dirçəliş Fondu bu texnikaları Şuşaya ianə etdi - FOTOLAR

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Şuşaya səfər edib. Sfera.az bildirir ki, bu barədə o, özü məlumat verib. R.Hacıyev səfər za...