Tanınmış həkim koronavirusla bağlı test cavablarının gecikdirilməsini "biabırçılıq" adlandırdı

Tanınmış həkim koronavirusla bağlı test cavablarının gecikdirilməsini
Son zamanlar koronavirusa yoluxan şəxslərin analiz cavabları ilə bağlı narazılıqları durmadan artır. Əksəriyyət qeyd edir ki, test nəticələrinin cavabları gecikdirilir və  karantin müddəti analiz verilən tarixdən deyil, cavab verilən tarixdən hesablanır.
 
Sfera.az-ın məlumatına görə, bununla bağlı tanınmış radioloq həkim Aydın Əliyev müşahidə edilən proseslərin yolverilməz olduğunu bildirib:

"Televiziya əməkdaşlarından biri də Səhiyyə nazirliyinə sual ünvanlayıb ki, bəs niyə analizlərin cavabı gecikir. Deyiblər ki, sistem əvvləldən belə qurulub. Əgər əvvəlki qayda ilə davam ediləcəksə, onda bu kadr dəyişikləri kimə və nəyə lazım idi? Bu dözülməzdir!”.

Mütəxəssis vurğulayıb ki, şəxs analiz verir və cavab gec hazır olursa, bu müddətdə şəxs məsuliyyət daşımamalıdır:

"Onun işə getməyə, ictimai nəqliyyatdan istifadə etməyə hüququ var. Analizin cavabı hazır olana qədər o artıq sağalır. Sağalandan sonra cavab müsbətdirsə, ona mesaj gəlir ki, daha 7 gün izolyasiya edilməlidir. Sadəcə biabırçılıqdır!”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

DİQQƏT: Bu xəstəlikləri olan şəxslər müəllim işləyə bilməz

Bir sıra hallarla yanaşı, müəyyən xəstəlik və əlamətlərə sahib şəxslərin də pedaqoji fəaliyyətlə məşğul olması mümkün deyil. Belə ki, "Pedaqoji fəaliyyətl...

Azərbaycanda vaksinasiya ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata ...

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb. Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Virusa ...

128 yaşlı qadın sirrini açıqladı – “Bu iki qida məni saxlayıb…”

Dünyanın ən yaşlı insanı kimi tanınan cənubi afrikalı Yohanna Mazibukonun bu yaxınlarda 128 yaşı tamam olub.    Sfera.az xəbər verir ki, qarğıdalı f...

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yan...