Talibandan əfqan qadınlarına sərt qadağa - Əməl etməyənlərin əri və ya atası HƏBS OLUNACAQ

Talibandan əfqan qadınlarına sərt qadağa - Əməl etməyənlərin əri və ya atası HƏBS OLUNACAQ
Taliban əfqan qadınlarına küçəyə çarşabsız (niqabsız) çıxmağı qadağan edib. Qadınların ancaq gözləri görünməlidir.

Sfera.az xəbər verir ki, bu barədə Taliban hökumətinin mayın 7-də fərman verib. Qadağanın pozulması qadının ərinin və ya atasının işdən çıxarılması və həbsi ilə nəticələnə bilər.

Taliban hökumətinin mayın 7-də verdiyi fərmanda burka geyməyin "ənənə və hörmət nümayişi” olduğu bildirilir. Bu qaydanı pozduğuna görə qadın və ya onun yaxın qohumu cərimədən həbsə və dövlət vəzifəsindən azad edilməyə qədər cəza gözləyir.

Əfqanıstanda hakimiyyətə gəldikdən sonra "Taliban” qadınların hüquqlarını məhdudlaşdırmayacağına söz verib. Amma bunun əksi baş verdi: onlara başqa kişinin müşayiəti olmadan çölə çıxmaq qadağan edildi, məktəb və universitetlərdə kişilərlə təhsil almağa icazə verilmədi.
 

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...