Talibandan əfqan qadınlarına sərt qadağa - Əməl etməyənlərin əri və ya atası HƏBS OLUNACAQ
20:48 / 08.05.2022
1155
Taliban əfqan qadınlarına küçəyə çarşabsız (niqabsız) çıxmağı qadağan edib. Qadınların ancaq gözləri görünməlidir.
Taliban hökumətinin mayın 7-də verdiyi fərmanda burka geyməyin "ənənə və hörmət nümayişi” olduğu bildirilir. Bu qaydanı pozduğuna görə qadın və ya onun yaxın qohumu cərimədən həbsə və dövlət vəzifəsindən azad edilməyə qədər cəza gözləyir.