Sürücülərin nəzərinə: Buna görə 50 manat cərimə oluna bilərsiniz - VİDEO

Sürücülərin nəzərinə: Buna görə 50 manat cərimə oluna bilərsiniz - VİDEO
Yollarda baş verə biləcək ağır qəzaların sayını minumuma endirmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin texniki müayinə mərkəzlərində yenilik edilib.
 
Texniki baxışa təqdim olunan avtomobillərin alt işlək hissələri də xüsusi vasitələrlə yoxlanışdan keçirilir. Əgər nasazlıq varsa, bu barədə sürücüyə məlumat verilir. Bu arada polis avtomobilinin texniki baxış vaxtı çatan sürücülərə də müraciət edib.
 
Bir müddətdir ki, avtomobillərin texniki baxışı zamanı yenilik tətbiq edilir. Belə ki, bütün texniki Müayinə Mərkəzlərində nəqliyyat vasitələrinin alt işlək hissələri də dəqiqliklə yoxlanır. Asqıların nə qədər saz vəziyyətdə olması bu sistemlə, sükan sonluğu isə belə yoxlanır. 
 
Texniki Müayinə Mərkəzinin əməkdaşı Kamal Əhmədli deyir ki, avtomobillərin texniki cəhətdən sazlığı yol hərəkəti təhlükəsizliyini təmin edən əsas amillərdən biridir. O, bəzi hallarda sürücülərin avtomobillərini texniki baxışa son gündə təqdim etmələrinin onlar üçün çətinliklər yaratdığını deyir.
 
Bu arada ramazan bayramı günlərində texniki müayinə mərkəzləri də gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. 
 
Qeyd edək ki, avtomobilini vaxtında texniki baxışdan keçirməyən sürücülər 50 manat məbləğində cərimə edilir. 


OXŞAR XƏBƏRLƏR

Üzücü XƏBƏR: 55 min pul yığılan 1 yaşlı uşaq vəfat etdi - VİDEO

"Bizim 11 uşağımız Türkiyəyə müalicə üçün getmişdi. O uşaqlar arasında körpə Amilimiz də var idi. Bu gün Amili itirdik". Bizim.Media xəbər verir ki, bu...

Bakıda sürücülər yolu kəsib əlbəyaxa dava etdi - ŞOK VİDEO

Binəqədi-Balaxanı yolunda iki sürücü arasında əlbəyaxa dava baş verib.    Sfera.az xəbər verir ki, görüntülər digər avtomobillərdən birinin ...

Bakıda ana iki azyaşlı uşağını sığınacağa atıb qaçdı – VİDEO

Bakıda ana iki azyaşlı uşağını qadın və uşaq sığınacağına atıb qaçıb. Bu barədə "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova m...

4-cü mərtəbədən yıxılan uşağın vəziyyəti AÇIQLANDI - VİDEO

Mingəçevirdə 4-cü mərtəbədən yıxılan 9 yaşlı qızın vəziyyəti açıqlanıb.   Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardı...

Sürücülərin nəzərinə: Buna görə 50 manat cərimə oluna bilərsiniz - VİDEO

Yollarda baş verə biləcək ağır qəzaların sayını minumuma endirmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin texniki müayinə mərkəzlərində yenilik edilib.   ...

Xəzərdə daha bir neftçinin cəsədi tapıldı - YENİLƏNİB

Axtarış - Xilasetmə Qərargahından Milli.Az-a verilən məlumata görə, həyata keçirilən axtarış - xilasetmə əməliyyatları nəticəsində martın 13-də aşkar edilən kiş...