Şübhəli bilinən 80 nəfər saxlanıldı - DİN MƏLUMAT YAYDI

10:43 / 16.05.2022
1176
Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 104 cinayətin üstü "isti izlər”lə açılmışdır.
Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.
DİN-dən Sfera.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 57 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 54, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.