ÜST rəhbəri pandemiyanın qısa müddətdə bitməsi üçün pul tələb etdi - MƏBLƏĞ

ÜST rəhbəri pandemiyanın qısa müddətdə bitməsi üçün pul tələb etdi - MƏBLƏĞ
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla  mübarizədə lazımi vasitələri ehtiyacı olan ölkələrə çatdırmaq və virusu nəzarət altına almaq üçün keçən il olduğu kimi 23 milyard ABŞ dolları dəyərində yardım tələbini təkrarlayıb.
 
Sfera.az xəbər verir ki, ÜST-nin baş direktoru Tedros Adhanom pandemiyanı fövqəladə vəziyyətdən qurtarmağın yolları barədə danışıb:
 
"Elm sayəsində dünya koronavirus ilə mübarizə alətlərinə çıxış əldə etdi. Bu vasitələr dünyada ədalətli şəkildə paylansa, bu il virusu qlobal fövqəladə  vəziyyət kimi aradan qaldıra bilərik", - deyə o, bildirib.

Təşkilatın internet saytında dərc edilən açıqlamada mutasiyaların yaranmasına səbəb kimi peyvəndlərin qeyri-bərabər paylanıldığı bildirilib. Vurğulanıb ki, peyvəndlərə və koronavirusa qarşı mübarizənin digər vasitələrinə əlçatanlıqdakı qeyri-bərabərlik virusa görə insan tələfatına səbəb olmaqla yanaşı, həm də yeni və daha təhlükəli variantlarının ortaya çıxması riskinə səbəb olub.

Pandemiya ilə mübarizədə 2022-ci ilin sentyabrına qədər yüksək və aşağı gəlirli ölkələr arasında maliyyə fərqini aradan qaldırmaq üçün inkişaf etmiş ölkələrdən 16,8 milyard dollar tələb edilib.

Tələb olunan pul toplanarsa, qısa müddətdə 600 milyon dozalıq pandemiya peyvəndi hövzəsi yaradılacaq və bu ilin ortalarına qədər dünya əhalisinin 70 faizi peyvənd olunacaq.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Koronavirusa yoluxanların sayı AÇIQLANDI - ÖLƏN YOXDUR

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yan...

“Azərbaycanda pandemiya bitməyib, dördüncü doza vaksinə ehtiyac var” – AÇIQLAMA

Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi 50 yaş və bu yaşdan yuxarı vətəndaşlara COVID-19 ilə mübarizə üçün dördüncü doza peyvənd tətbiq ediləcəyini bildirib. ...

Qalmaqal yaradan qanunun qüvvəyə minməsindən 4 ay keçir, amma... – Nazirlər Kabinetinə müraciət edildi

1 yanvar 2022-ci il tarixindən etibarən Azərbaycanda meyitlərdən orqan köçürülməsi əməliyyatlarına başlanılması ilə bağlı qanun qüvvəyə minib.   Qanunu...

Bu içkilər 25 yaşadək şəxslərə QADAĞAN EDİLƏ BİLƏR

Səhiyyə Nazirliyi yaşı 22-dən az olanları enerji içkilərini qəbul etməməyə çağırıb. Bildirilib ki, enerji içkilərinin gündəlik qəbulu normadan artıq olduqda ürə...

Operativ Qərargah koronavirusla bağlı yeni MƏLUMAT YAYDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operati...

Azərbaycanda maska tələbi ləğv olunur?-AÇIQLAMA

"Bu yaxınlarda epidemioloji vəziyyətin gedişatından asılı olaraq COVID-19 pasportu və maska tələbi ləğv oluna bilər”.   Sfera.az  xəbər verir ki,b...