Söyüşə görə cəzalanan İsayev - “Peşman deyiləm”

Söyüşə görə cəzalanan İsayev - “Peşman deyiləm”
"Səbail”in U-17 komandasının rəsmisi Mirbağır İsayevin AFFA İntizam Komitəsi tərəfindən 10 oyunluq cəza aldığını xəbər vermişdik. Klub rəsmisi komandanın "Keşlə”yə qarşı keçirdiyi matçın hakim-inspektoru Anar Salmanovu təhqir edib.

Sfera.az xəbər verir ki, "Qafqazinfo”ya açıqlama verən M.İsayev federasiya rəsmisini təhqir etdiyi üçün peşman olmadığını bildirib: "Mən o AFFA rəsmisini təhqir etmişəm ki, bu adam bir neçə il öncə hakimlikdən qovulub. İndi həmin Anar Salmanov gəlib referilərə qiymət verir. Mən ona dediyim sözlərə görə peşman deyiləm. Oyunun hakimini tanımırdım və onun haqqında heç nə deməmişəm. Elə bil ki məni rüşvətə görə hakimlikdən siliblər, Anar Salmanovu yox. Özünü elə aparır ki, sanki bu, o adam deyil. Onun üzünə söyüş söyməmişəm, sizə dediklərimi ona demişəm. AFFA Salmanovu hakimlikdən qovmuşdu, futboldan uzaqlaşdırılmışdı. Hakimlə heç bir problemim olmayıb, Anarla sözüm düz gəlməyib”.

Təcrübəli mütəxəssis qarşılaşmada tablonun olmadığını bildirib: "İlk dəfədir ki, görürəm 17 yaşlıların oyununda tablo yoxdur. Soruşuram ki, neçə dəqiqə əlavə edilib, cavab vermir. Dedim ki, daha sən niyə oturmusan burda? Səslə ən azından bunu deməli idilər. Onun niyə futboldan uzaqlaşdırıldığını hamı bilir. Hər şeyi üzünə demişəm, peşman deyiləm”.
 

OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...