SON DƏQİQƏ! Azərbaycanda zavodda partlayış: Yaralı var
10:01 / 01.05.2022
1622
Bakıda xəsarətlə nəticələnən partlayış hadisəsi baş verib.
Hadisə Qaradağ rayonunda qeydə alınıb.
Ələt qəsəbəsindəki zavodlardan birində qaz sızması nəticəsində baş verən partlayış zamanı fəhlə, 2001-ci il təvəllüdlü Həsənov Qulu Tural oğlu müxtəlif xəsarətlər alıb.
Hadisənin təfərrüatı araşdırılır.