“Soçi görüşünə ümid daha böyükdür, Brüsseldə isə...” - MÜSAHİBƏ

“Soçi görüşünə ümid daha böyükdür, Brüsseldə isə...” - MÜSAHİBƏ
Milli Məclisin deputatı Elman Nəsirovun Sfera.az-a müsahibəsi:


- Elman müəllim, noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüş keçiriləcək. Gözləntiləriniz nədir?

- Əvvəla onu deyim ki, Soçi görüşü postmünaqişə dövrünün həllini gözləyən məsələlərinə həsr olunub və müsbət nəticələr gözlənilir. Görüşün ilk diqət çəkən məqamı Avropa İttifaqının təşəbbüsü ilə dekabrın 15-də Azərbaycan və Ermənistan siyasi liderlərinin görüşündən öncə keçirlməsidir. Bu görüşün keçiriləcəyi bəlli idi. İndi isə məlum olur ki, noyabrın 26-da Azərbaycan və Ermənistan siyasi liderləri Rusiya prezidentinin təşəbbüsü ilə Soçidə bir araya gələcəklər. İki görüşü müqayisə etsək, Soçi ilə Brüssel görüşünün ən böyük fərqi ondadır ki, Soçi görüşü yalnız postmünaqişə dövrünün həllini gözləyən məsələlərə həsr olunub və nəticələr gözlənilir. Brussel görüşü isə Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında baş tutan sammitdə olacaq.
 
- Brussel görüşünün Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında baş tutan sammitdə olması nəyi dəyişir ki?

- Fərq göz qabağındadır. Avropa İttifaqı da Azərbaycan və Ermənistan siyasi liderlərinin Brusseldə olması və sammitə qatılması imkanından faydalanmaq istəyir. Nəzərə alsaq ki, Rusiya prezidentinin vasitəsilə iki dəfə belə görüş keçirilib və bu sayca 3-cü görüşdür. Hər iki görüşdə də nəticələr olub. Həm 10 noyabr 2020-ci il, həm də 11 yanvar 2021-ci il bəyannamələri imzalanıb. Həmin sənədlərin icrası istiqamətində proseslər gedir. Bəli, müəyyən qüsurlar və nöqsanlar da var. Prinsip etibarilə, sənədlər imzalanıb və onlar icra olunur. Amma Brüssel görüşündə hesab edirəm ki, daha çox etimad mühitinin yaranması ilə bağlı məsələlər müzakirə olunacaq.
 
- Ekspertlər nədənsə Brüssel görüşündən fərqli olaraq Soçi görüşünə daha pozitiv yanaşır...
 
- Bilirsiniz, 2019-cu ildə Brusseldə Azərbaycan və Ermənistan liderlərinin ilk dəfə debatı keçirildi. Nəticə etibarilə belə görüşlər bu münaqişənin həllinə gətirib çıxarmadı. Ona görə mən də hesab edirəm ki, Soçi görüşünə ümid daha böyükdür. Digər tərəfdən, Ermənistan baş nazirinin son bəyanatları fonunda da bunu söyləmək olar.
 
Ermənistan baş naziri etiraf edib ki, əməkdaşlığın alternativi yoxdur və əməkdaşlıq olmalıdır, dəhlizlər açılmalıdır. Düzdür, o Zəngəzur dəhlizi ifadəsindən yayınır, ondan qaçır. Ancaq Zəngəzur dəhlizinin açılması labüddür. Çünki bu, Ermənistanın özü üçün hava, su kimi lazımdır.
 
- Elman müəllim, Paşinyan sanki Zəngəzur dəhlizinin açılmasından deyil, bu ifadəni dilə gətirməkdən ehtiyatlanır. Sizcə, bunun səbəbi nədir?
 
- Paşinyan əleyhdarları hazırda onu növbəti kapitulyasiya sənədinə imza atmaqda ittiham edir. Müxalifətin hazırda başlıca arqumenti "Paşinyan Qərbi Zəngəzuru Azərbaycana təhvil vermək istəyir” fikridir. Guya Azərbaycan Zəngəzur dəhlizindən keçidi təmin etməklə həm də Qərbi Zəngəzuru ələ keçirəcək.
Ermənistan müxalifəti bu gün bu kimi məsələlərlə manipulyasiya edərək Paşinyana təzyiq göstərir. Ona görə də Paşinyan indi Zəngəzur dəhlizi ifadəsindən qaçır. Amma alternativ yoxdur. Zəngəzur dəhlizi mütləq işə düşməlidir!

-  Qeyd etdiniz ki, Zəngəzur dəhlizi mütləq işə düşməlidir. Ermənistanın Baş naziri Nikol Paşinyan isə öz "Facebook" səhifəsində canlı yayımda bildirib ki, 3 tərəfli görüşdə imzalanacaq sənəd delimitasiya və demarkasiyaya başlamaq üçün komissiyanın yaradılması ilə bağlı olacaq. Belə çıxır ki, bu sənəd sadəcə sərhədin delimitasiya və demarkasiyası ilə bağlı olacaq?

- Delimitasiya və demarkasiya həlledici məsələlər sırasındadır. Bu istiqamətdə razılaşma əldə edilmədən digər mühüm məsələlər, xüsusilə də böyük sülh sazişinin imzalanması qeyri-mümkündür. Ona görə də Paşinyan belə ifadələr işlədir. Paşinyan bilir ki, delimitasiya və demarkasiyanı etmək lazımdır. Bunsuz mümkün deyil. Amma eyni zamanda deyir ki, "elə fikir formalaşmasın ki, bizim artıq bu məsələlərlə bağlı konkret nəticəmiz var və onu imzalayacağıq, yox. Biz bu danışıqların gedişatında sadəcə bir komissiyanın yaradılması ilə bağlı razılaşma əldə edə bilərik. O komissiya ki iki dövlətin sərhədlərinin delimitasiya və demarkasiya məsələsini həll etsin.
 
Amma istənilən halda Paşinyan gec-tez 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il sənədlərini icra etməyə məcburdur. Onların bir çoxu da icra olunur. Qarşıda da əsas mühüm məsələlər Zəngəzur dəhlizi, sərhədlərin müəyyən edilməsi, minalanmış ərazilərin dəqiq döyüş xəritələrinin Azərbaycana verilməsi və etimad mühitinin iki dövlət arasında formalaşması ilə bağlıdır. Xüsusilə də müdafiə nazirləri arasında birbaşa əlaqələrin yaradılması ilə bağlı artıq razılaşma əldə edilib. Gələcəkdə digər nazirliklər arasında da müvafiq təmasların qurulması prosesi gedə bilər. Bütün bunlar isə özlüyündə sülh sazişi imzalamaq üçün münbit şəraiti təmin etmiş olar.
 
Söhbətləşdi: Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”     Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət qu...

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:   - "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anl...

ARDNF: "Neftin 10 dollar bahalaşması əlavə 1,4 milyard dollar gətirir"

Dövlət Neft Fondunun (ARDNF) İcraçı Direktorunun müşaviri Bəhruz Bəhramov "Report”a müsahibə verib: Sfera.az sözügedən müsahibəni təqdim edir: - Dün...

“Heç kəs deyə bilməz ki, Surxayın ata-anasının yasına pul vermişəm” – Hacı Surxay Məmmədli ilə MÜSAHİBƏ

Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü Hacı Surxay Məmmədli Sfera.az-a müsahibə verib.   Müsahib Ramazan ayının başlanma və bitmə tarixi,...

“Kəramət Böyükçöl həddini aşmışdı, ödəyəcəyi pulu...” – Mehriban Zeynalova ilə MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovadır. Müsahibimiz əməkdaşımızla söhbətləşərkən şiddə...

“İldə bir dəfə 40 günlük çəkilişdə olsam, mənə ilyarım bəs edir” - Məşhur aktyorla VİDEOMÜSAHİBƏ

Sfera.az saytının bu dəfəki qonağı aktyor, dramaturq Kamran Ağabalayevdir. Adətən səmimi fikirləri, açıqsözlülüyü ilə seçilən müsahibimiz əməkdaşımızla sö...