Şimali Koreyadan koronavirus ETİRAFI - Kim Çen İn ölkədə fövqəladə vəziyyət elan etdi

Şimali Koreyadan koronavirus ETİRAFI - Kim Çen İn ölkədə fövqəladə vəziyyət elan etdi
Pandemiyanın başlanğıcından bəri ölkədə koronavirusun olmadığını iddia edən Şimali Koreyanın son açıqlaması təəccübləndirib.
 
Sfera.az bildirir ki, ölkədə virusa ilk yoluxma halının qeydə alındığı açıqlanıb. 

Ölkənin yerli mətbuatının məlumatına görə, paytaxt Pxenyanda aşkarlanan xəstədə "Omicron” əlamətləri görülüb. 

Dövlətə bağlı Mərkəzi Xəbər Agentliyi (KCNA) isə lider Kim Çen İnin rəhbərliyi altında böhran iclasının keçirildiyini bildirib. Məlumata görə,  ölkədə virusa nəzarət sistemi tətbiq ediləcək. KCNA, məqsədin virusu ən qısa zamanda məhv etmək olduğunu bildirsə də,  bunun necə ediləcəyi ilə bağlı heç bir təfərrüat verilməyib. Daha sərt karantin tədbirlərinin həyata keçiriləcəyinə işarə edən Kim Çen İn, xalqın yüksək siyasi şüuru sayəsində fövqəladə vəziyyətin öhdəsindən mütləq gələcəklərini söyləyib. Qeyd olunub ki, Şimali Koreya lideri bu kontekstdə bütün ölkədə karantin qaydalarının tətbiqi ilə bağlı əmr imzalayıb.

Digər tərəfdən Şimali Koreya həm Çin istehsalı olan "Sinovac”, həm də "AstraZeneca” peyvəndi üçün təklifləri rədd etmişdi. Bu səbəbdən bir çox ölkədə sona çatan pandemiyanın bu ölkədə minlərlə insanın ölümünə yol açacağı barədə qorxulu proqnozlar səsləndirilir. Mütəxəssislər, ölkənin kəskin pandemiya tədbirləri görərək Çindəkinə bənzər bir yolu gedə biləcəyini də vurğulayırlar.

Qeyd edək ki, Şimali Koreya pandemiyanın başlanğıcından bəri sərhədlərini bağlı saxlayaraq virusu uzaq tutmağı hədəfləmişdi. Bu siyasət, öz növbəsində, kasıb ölkəyə lazımi təchizat axınını xeyli azaltdığından, ağır iqtisadi vəziyyətə və ərzaq qıtlığına səbəb olmuşdu.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

"Müharibə hələ uzun müddət davam edəcək" - SƏBƏBLƏR

"Rusiyanın Ukraynanın Xerson bölgəsi və özəlliklə Mariupol şəhəri ilə bağlı planları göstərir ki, müharibə hələ uzun müddət davam edəcək”.   Sfera.az bil...

“Türkiyə restoranlarından, avtomobillərindən istifadə etməyin” – Deputatdan BOYKOT ÇAĞIRIŞI

NATO-ya üzv olmaq üçün rəsmi müraciət edən Finlandiyada Mərkəz Partiyasının üzvü Mikko Karna insanları Türkiyə Finlandiyanın NATO üzvlüyünü təsdiq edənə qədər t...