Sərhəddə insident: Biri hərbçiyə bıçaq çəkdi, digəri avtomobili üzərinə sürdü

Sərhəddə insident: Biri hərbçiyə bıçaq çəkdi, digəri avtomobili üzərinə sürdü
Astarada sərhədçilər üç nəfəri narkotiklə yaxalayıblar. Bu zaman onlar sərhədçilərlə silah və avtomobillə müqavimət göstərməyə cəhd ediblər.
 
Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilir. 

Məlumata görə, aprel ayının 21-də saat 22:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran” sərhəd dəstəsinin Astara şəhəri ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Xəzər dənizinin sahilində "Opel Astra” markalı 99-RJ-503 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması və içərisindən iki nəfərin düşərək sahibsiz yarımtikilidən bir ədəd bağlama götürməsi sərhəd naryadının diqqətini cəlb edib.

Ərazidən uzaqlaşmağa cəhd edən şəxslər sərhəd naryadı tərəfindən saxlanılıb, onların Bakı şəhər sakinləri, 1994-cü il təvəllüdlü Albabayev Ramal İsrail oğlu və Bəxtiyarov Hüseyn Əlixan oğlu olmaları müəyyən­ləşdiril­ib.

Saxlanılma zamanı R.Albabayevin sərhədçilərə bıçaqla müqavimət göstər­məsinə baxmayaraq sərhədçi zabitlər peşəkarlıq nümayiş etdirərək cinayətkarı tərksilah etməyə nail olublar.    

Nəqliyyat vasitəsini sərhədçilərin üzərinə sürərək hadisə yerindən uzaqlaş­mağa cəhd göstərən avtomobilin sürücüsü həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Onun Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü İbrahimov Sultan Qabil oğlu olması müəyyən edilib.

Saxlanılmış şəxslərin üzərlərində aşkarlanmış bağlamaya baxış zamanı üç bükümdən 7 kiloqram 755 qram "marixuana”ya bənzər narkotik vasitə götürül­müşdür.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR

Mərdəkan Dendrarisinin direktoru faciəli şəkildə vəfat etdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov faciəli şəkildə vəfat edib. Sfera.a...

Bakıda məktəbdə şagird bıçaqlandı - Saxlanılan var

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib. Sfera.az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı or...

Baş redaktor sirkə turşusu içib zəhərləndi – Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bakıda jurnalist Nəsimi Şərəfxanlı evində sirkə turşusu içərək zəhərlənib.  Sfera.az xəbər verir ki, o, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbə...

Bakı metrosunda həyəcanlı anlar - Nasazlıq YARANDI

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Gənclik" stansiyasında ikən sərnişin salonunda tüstü effektli spesifik qoxu hiss olunub.   "...

Maşından küçələrə “yüz manatlıq” səpdi, həbs edildi

Bakıda avtomobilin pəncərəsindən küçələrə saxta 100 manatlıq əsginaslar səpən şəxs tutulub. Sfera.az bildirir ki,"Qafqazinfo”nun əldə etdiyi məlumata görə...

Qərargah rəisindən yanğınla bağlı AÇIQLAMA: 7 nəfər təxliyə edilib

Bu gün saat 22:29 radələrində Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yanğın baş ver...