Azərbaycanda dəhşətli hadisə: İntihara cəhd edən qohumunu xəstəxanaya apararkən qəzaya düşdü

Azərbaycanda dəhşətli hadisə: İntihara cəhd edən qohumunu xəstəxanaya apararkən qəzaya düşdü
Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib. 

Sfera.az-a daxil olunan məlumata görə hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2106" ilə "VAZ 2107" markalı minik maşınları toqquşub. Qəza zamanı 2 nəfər müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. 
***

Baş verən hadisə ilə bağlı yeni məlumatlar əldə olunub. Belə ki, Yeniabad kənd sakini, 1996-cı il təvəllüdlü Namiq Qədirov idarə etdiyi "VAZ 2106" ilə sirkə tursuşu içən qohumu 1999-cu il təvəllüdlü Subhan Qədirovu xəstəxanaya aparırmış. Qəza zamanı Namiq Qədirov, eləcə də "VAZ 2107"nin sürücüsü Goranboy sakini, 1961-ci il təvəllüdlü Eldar Orucov xəsarət alıb. Onlar və sirkə turşusu içən Sübhan Qədirov xəstəxanaya yerləşdirilib.

Onlarının hər üçünün vəziyyəti kafi qiymətləndirilir. İlkin məlumata görə, S. Qədirov sirkəni intihar məqsədilə içib.
 
Faktla bağlı araşdırma aparılır.