Səfər Əbiyevin oğlu iş adamını məhkəməyə verdi - 200 minlik iddia

Səfər Əbiyevin oğlu iş adamını məhkəməyə verdi - 200 minlik iddia
Keçmiş müdafiə naziri Səfər Əbiyevin oğlu Ruslan Əbiyevə məxsus "Erebus" şirkəti tikinti sektorunda fəaliyyət göstərən "Royal Holding"ə qarşı məhkəmə iddiası qaldırıb.

Sfera.az xəbər verir ki, "Kriminalqafqaz"ın əldə etdiyi məlumata görə, Əbiyevin şirkəti "Royal Companies Corporation"u aralarında bağlanmış müqavilənin tələblərinə riayət etməməkdə günahlandırır. İddiaya Bakı Kommersiya Məhkəməsində baxılır.

Əbiyevin şirkəti qarşı tərəflə bağlanmış icarə müqaviləsinin ləğvini tələb edir. İddiada bildirilib ki, "Royal Companies"ə icarəyə verilmiş qeyri-yaşayış sahəsi boşaldılıb təhvil verilməlidir. Bundan başqa, "Erebus" şirkəti 2019-2022-ci illər üzrə yığılmış 198 min 240 manat icarə haqqını da tələb edir.

Xatırladaq ki, 1995-2013-cü illərdə müdafiə naziri olmuş Səfər Əbiyevin böyük oğlu Ruslan Əbiyev "Erebus” MMC-ni 2004-cü ildə təsis edib. Şirkət yarananda onun 22 yaşı olub və şirkətin nizamnamə kapitalı 20 manatdır. Bundan başqa R.Əbiyev bir müddət öncə Türkiyədə də hotel və turizm sahəsində böyük biznesə sahib olması ilə gündəmə gəlib.

Əbiyevin məhkəməyə verdiyi "Royal Companies Corporation" isə Azərbaycanda bir sıra hotel, istirahət mərkəzləri və aqrar komplekslərin tikinti layihələrinin icraçısıdır. Şirkətin baş direktoru hüquq elmləri namizədi, iş adamı Ramil Kərimlidir. O, 2020-ci ildə 32 saylı Suraxanı seçki dairəsindən deputatlığa namizəd olub.

OXŞAR XƏBƏRLƏR

Eyni mənzili ayrı-ayrı şəxslərə satan MTK sədrindən XƏBƏR VAR

Eyni mənzili ayrı-ayrı şəxslərə satan mənzil tikinti kooperativinin sədri həbs edilib. Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məl...

Gəncədə məktəbli qız sinif yoldaşını bıçaqladı - TƏFƏRRÜAT/YENİLƏNİB

Gəncədə 9-cu sinif şagirdi məktəbli yoldaşına xəsarət yetirməsinin bəzi təfərrüatları məlum olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəsmisi Eşqi...

Müdafiə Nazirliyinin idarə rəisi həbs edildi - 3.5 milyonluq yeyinti

Sfera.az xəbər verir ki, Hərbi Prokurorluqdakı mənbənin "Qafqazinfo”ya verdiyi özəl məlumata görə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəis...

Səfər Əbiyevin oğlu iş adamını məhkəməyə verdi - 200 minlik iddia

Keçmiş müdafiə naziri Səfər Əbiyevin oğlu Ruslan Əbiyevə məxsus "Erebus" şirkəti tikinti sektorunda fəaliyyət göstərən "Royal Holding"ə qarşı məhkəmə iddiası qa...

Bakıda küçədə məktəbli qıza sillə vuran şəxs saxlanıldı, cinayət işi açıldı - VİDEO

Sosial şəbəkələrdə ictimai qaydanı kobud surətdə pozaraq qadınlara (məktəbli qız) qarşı xuliqanlıq hərəkətləri törədən naməlum şəxs müəyyən olunaraq saxlanılıb....

Qayınanasını Əfsanə yox, sevgilisi öldürübmüş – Rəsmi açıqlama

Ağcabədidə qadının qohumu tərəfindən öldürüldüyü məlum olub. Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1...