Salyanda ər və arvadın evdə yanaraq ölməsinin ilkin təfərrüatı məlum olub - FOTO

Salyanda ər və arvadın evdə yanaraq ölməsinin ilkin təfərrüatı məlum olub - FOTO
Martın 12-ə keçən gecə Salyan rayonunun Aşağı Kürkənd kəndində 1953-cü il təvəllüdlü Əliyev Əliyar Alı oğlunun və həyat yoldaşı, 1954-cü il təvəllüdlü Əliyeva Elmira Mirzə qızının faciəli ölümü ilə nəticələnən hadisənin ilkin təfərrüatı məlum olub.

Sfera.az report-a istinadən xəbər verir ki , mənzilə quraşdırılmış təhlükəsizlik kamerasının yaddaş kartına baxış keçirilərkən məlum olub ki, yanğın mətbəxdə yerləşən və elektrik xəttinə qoşulu vəziyyətdə saxlanılmış mikrodalğalı sobanın qısaqapanma nəticəsində alışması nəticəsində baş verib. Bu zaman yatmış olan ev sakinləri xəbər tutana kimi ev alovlanaraq yanıb.

Yanğın zamanı mənzilin elektrik sitemi sıradan çıxdığından evin giriş-çıxış qapısı bloklanaraq kilidləndiyindən açılmayıb. Belə ki, pəncərələrə quraşdırılmış dəmir barmaqlıqlar üçün möhkəm olduğundan sakinlər yanan evi tərk edə bilməyiblər.

Qeyd edək ki, 2014-cü ildə qarət maskalı şəxs evə basqın edərək Ə.Əliyevə xəsarət yetirdiyindən o, təhlükəsiz tədbirləri görmüşdü. Bu, ev sahiblərinin yanan mənzili tərk etmələrinə imkan verməyib.

Qeyd edək ki, hadisə zamanı ümumi sahəsi 228 m² olan bir dam altında tikilən, 2 ailənin yaşadığı birmərtəbəli evlərdən, sahəsi 114 m² olan evin yanar konstruksiyaları və ona bitişik sahəsi 114 m² olan evin yanar konstruksiyaları 78 m² sahədə (ümumi 192 m²) yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı Ə.Əliyev və E.Əliyevanın yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam edir.

OXŞAR XƏBƏRLƏR

Xızıda qəzada 3 nəfər öldü - Biri iki aylıq körpədir

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Xızıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. BDYPİ-dən Sfera.az-a daxil olan məlu...

Sumqayıtda avtobus qəzası – Xeyli sayda yaralı var/ FOTOLAR

Sumqayıtda "Hyundai" markalı mikroavtobus aşıb. Sfera.az xəbər verir ki, hadisə Sumqayıt Texnologiyalar Parkının qarşısından keçən avtomobil yolunda ...

Külək Bakıda yeni təmirdən çıxan xəstəxananın damını uçurdu - FOTO/VİDEO

Bakıda ötən gündən etibarən əsən güclü külək xəstəxananın damını uçurub. Sfera.az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə paylaş...

Azərbaycanlı Ukraynadakı döyüşlərdə həlak oldu - FOTO

Ukraynada yaşayan azərbaycanlı Məmmədov Fuad Fərhad oğlu Donetsk vilayəti uğrunda gedən döyüşlərdə həlak olub. Sfera.az xəbər verir ki, F.Məmmədov Konstanti...

"Azərsun Sənaye Parkı”nda YANĞIN - Helikopterlər cəlb edildi - FOTOLAR / VİDEO 

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı...

Ağdamda avtoxuliqanlıq edən şəxs həbs edildi - FOTO

Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını pozaraq digər sür...