Sağlamlıq üçün tərəvəzləri bu üsulla bişirmək lazımdır - Ekspertdən tövsiyə

Sağlamlıq üçün tərəvəzləri bu üsulla bişirmək lazımdır - Ekspertdən tövsiyə
Meyvə və tərəvəzlərin düzgün yuyulma qaydası ilə yanaşı, bişirilmə qaydası da var.

Bununla bağlı Sfera.az-a açıqlama verən qida üzrə baş mütəxəssis Ağa Salamov bildirib ki, təzə meyvə və tərəvəzlərin, günəşdən aldığı enerji səbəbiylə qida dəyərləri çox zəngin olur. Onun sözlərinə görə, bu məhsullar bişirildikdə isə günəşdən aldığı enerjini itirir:

"Həmçinin struktur dəyişikliyə məruz qalaraq su itkisi meydana gələr və minerallara dönüşməyə başlayar. Buna elmi dildə, "bişən tərəvəzin torpağa dönməsi” də deyilir. Belə ki, suyunu itirən tərəvəzin həcmi azalır, mineral tərkibi artır. Nəticə etibarilə, minerallar vücudda ağır qalıqlar əmələ gətirir və bu qalıqlar əzələlər arasında, toxumalarda,damarlarda toplanaraq onları sərtləşdirir. Bu səbəblə çiy tərəvəzlərdən bol, bişmiş tərəvəzlərdən isə az miqdarda istehlak etmək daha məqsədəyğundur”.

Müsahibimiz qeyd edib ki,  tərəvəzləri "Blanch" texnologiyası ilə bişirməyi çıxış yolu hesab etmək olar:

"” Blanch” texnologiyası - bişən tərəvəzlərin rəngini, qida dəyərini və görünüşünü qorumaq məqsədi daşıyır. Bu texnologiya fransızcada "ağartmaq” anlamına gəlir, eyni zamanda fransız dilində məhsulların isti suda möhürlənməsinə də "blanch” deyilir. "Blanch” texnologiyasının tətbiqi zamanı tərəvəzlər qaynar suya əlavə olunur və biraz qaldıqda səthləri möhürlənir. Daha sonra tərəvəzlər qaynar suda möhürlənib, əvvəlcədən hazırlanmış buzlu suya qoyulur. Beləliklə, vitamin və mineral itkisinin qarşısı alınır. Bu texnologiya tərəvəzlərin  rənginin canlı qalmasını və qida dəyərinin dəyişməməsini təmin edir. Bir sözlə, tərəvəzin rəngini, vitaminlərini və qida dəyərini qorumaq üçün bu texnologiya vacibdir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

DİQQƏT: Bu xəstəlikləri olan şəxslər müəllim işləyə bilməz

Bir sıra hallarla yanaşı, müəyyən xəstəlik və əlamətlərə sahib şəxslərin də pedaqoji fəaliyyətlə məşğul olması mümkün deyil. Belə ki, "Pedaqoji fəaliyyətl...

Azərbaycanda vaksinasiya ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata ...

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb. Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Virusa ...

128 yaşlı qadın sirrini açıqladı – “Bu iki qida məni saxlayıb…”

Dünyanın ən yaşlı insanı kimi tanınan cənubi afrikalı Yohanna Mazibukonun bu yaxınlarda 128 yaşı tamam olub.    Sfera.az xəbər verir ki, qarğıdalı f...

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yan...