Sadəcə 5 ədəd qoz yediyiniz zaman 4 saat ərzində bu olacaq

Sadəcə 5 ədəd qoz yediyiniz zaman 4 saat ərzində bu olacaq

Qoz, müxtəlif vitaminlər və minerallar baxımından o qədər zəngindir ki, bir ovuc yeməyiniz belə sağlamlığınız üçün hər şeyə dəyər.

Səhiyyə üçün mükəmməl qida sayılan qozun faydaları bunlardır:

Daha sağlam bir ürək

Daimi olaraq qoz yemək ürək sağlamlığınızı yaxşılaşdırır. Dr. Penny Kris Eterton edilən bir araşdırmadan bəhs edir: “Həftədə dörd gün bir ovuc qoz və ya qoz yağı yesəniz ürək xəstəlikləri riskinizi əhəmiyyətli ölçüdə azaltmış olarsınız “.

Həmçinin bir ovuc qoz və ya 3 yemək qaşığı (51 ml.) qoz yağı qəbul etməyiniz eyni zamanda qan damarlarınızın da 4 saat içində yaxşılaşdığına səbəb olacaq.

Qocalmaqla bağlı fikirlərə qarşı beyni qoruma:

Qozun tərkibində olan omega-3 yağ turşuları eyni zamanda xərçəngə, ADHD (diqqət əskikliyi və hiperaktivi pozuqluğu) və depressiyaya qarşı qorunmada olduqca əhəmiyyətlidir.

Daha aşağı stress səviyyəsi

Qoz xüsusilə də stress qaynaqlı fiziki narahatlıqlar çəkirsinizsə və ya stressli vəziyyətlərə qarşı həssassınızsa, stress səviyyəniz üçün möcüzələr yarada bilər. Qoz, bədənin stress reaksiyasını azaltdığı üçün və stressə bağlı yaranan fiziki yan təsirləri daha asan yox etdiyi üçün, bu vəziyyətlərdə sizə kömək edəcək.

Daha sağlam saçlar, dəri və dırnaqlar

Qoz olan quruluş maddələri, dırnaqlarınızı gücləndirir, saçlarınızın daha parlaq olmasını təmin edir və dərinizi hamarlaşdırır. Yəni qozun tərkibində olan çoxlu doymamış yağ turşuları və omeqa-3 yağ turşuları xarici görünüşünüzdə möcüzələr yaratmaq qabiliyyətinə malikdir.

Arıqlamağa kömək edə bilər

Qoz olan çoxlu doymamış yağ turşuları, damarların tıxanmasının və doymuş yağların mənfi təsirlərinin qarşısını aldığı üçün, bədənin düzgün işləməsi baxımından həyati əhəmiyyətə malikdir. Qozun tərkibində olan çoxlu doymamış yağ turşuları sağlamlıqsız atıştırmaları azaldır və daha uzun müddət özünüzü tox hiss etməyinizi təmin edir.

Sağlamlıq baxımından bütün bu faydalarına görə qoz gündəlik yeməyinizin bir hissəsi olmalıdır. Qozu istəsəniz salatınıza doğraya, qəlyanaltı olaraq yeyə bilərsiniz.

Ancaq, qozun çox faydalı olması ilə yanaşı kalori və yağ baxımından zəngin olması səbəbiylə həddindən artıq istifadə edilməməsi tövsiyə edilir. Gündə yalnız 5 ədəd qoz yemək gündəlik sağlamlığınızı təmin edə bilər. (qadinsayti.az)


OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

DİQQƏT: Bu xəstəlikləri olan şəxslər müəllim işləyə bilməz

Bir sıra hallarla yanaşı, müəyyən xəstəlik və əlamətlərə sahib şəxslərin də pedaqoji fəaliyyətlə məşğul olması mümkün deyil. Belə ki, "Pedaqoji fəaliyyətl...

Azərbaycanda vaksinasiya ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata ...

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb. Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Virusa ...

128 yaşlı qadın sirrini açıqladı – “Bu iki qida məni saxlayıb…”

Dünyanın ən yaşlı insanı kimi tanınan cənubi afrikalı Yohanna Mazibukonun bu yaxınlarda 128 yaşı tamam olub.    Sfera.az xəbər verir ki, qarğıdalı f...

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yan...