Rüşvət alan şirkət direktoru məhkəmədən qaçdı
Kriminal
17:02 / 28.03.2022
1010
Rüşvət almaqda təqsirləndirilən şirkət direktoru məhkəmədən qaçıb.
Sfera.az-ın "Kriminalqafqaz”a istinadən məlumatına görə, "Vest Corporation” MMC-nin rəhbəri Orxan Ələkbərov 2020-ci ilin aprelində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.
O, karantin rejimi ilə bağlı polis postlarına təqdim olunması üçün və sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə direktoru olduğu şirkətin adından pul müqabilində saxta arayışlar verib.
Direktorun barəsində başlanılan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. O, son iki məhkəmə prosesinə gəlməyib.
Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyi üçün icraat dayandırılıb və o, axtarışa verilib.