Ukrayna mətbuatı: Ruslar Mariupola naməlum zəhər atdı

Ukrayna mətbuatı: Ruslar Mariupola naməlum zəhər atdı
Rusiya hərbi qüvvələri Mariupola mənşəyi məlum olmayan zəhərli maddə atıblar.

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı Mariupolda rusların mühasirəsində qalan "Azov" alayına istinadla xəbər yayıblar.

"Təxminən bir saat əvvəl Rusiya işğalçılarına məxsus PUA-dan Mariupol şəhərindəki Ukrayna hərbçilərinə və mülki şəxslərə qarşı mənşəyi naməlum zəhərli maddə atılıb”- məlumatda deyilir.

Qurbanlarda tənəffüs çatışmazlığı və sinir sistemi pozğunluğunun müşahidə olunduğu bildirilir.

Naməlum maddədən istifadənin fəsadları aydınlaşdırılır.
 
Bu gün bir neçə saat əvvəl Ria Novosti-nin yaydığı bir məlumatda qondarma "Donetsk Xalq Respublikası"nın milis qruplaşmalarının liderlərindən biri olan Eduard Basurinin dilindən "Mariupolun ukraynalı müdafiəçiləri "Azovstal" zavodunda tam mühasirəyə alınmalı, sonra isə orada kimyəvi silahdan istifadə edilməlidir" fikri səslənmişdi.
 
qaynarinfo/
 


OXŞAR XƏBƏRLƏR

Putindən paradda diqqətçəkən AÇIQLAMA: “NATO Krıma hücuma hazırlaşırdı”

NATO ölkələri bizi eşitmək istəmədi. Onların tamamilə başqa planları var idi. Krıma hücum hazırlığı gedirdi”.  Sfera.az xəbər verir ki, bu barədə Rusiya P...

“Yəqin ki, bu həftə..." - Ərdoğandan Putinlə bağlı AÇIQLAMA

"Yəqin ki, bu həftə Putinlə görüşəcəyik”. Sfera.az bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Çamlıca Məscidində bayram namazı zamanı...

Ermənistan müxalifəti İrəvanın mərkəzi küçələrini bağladı - FOTOLAR

Ermənistan müxalifəti bu gün səhər saatlarından İrəvanın mərkəzi küçələrini bağlamağa başlayıb. Sfera.az erməni mediasına istinadən xəbər verir ki, bu bar...

Putinin bu görüntüsü yenidən gündəmi alt-üst etdi: Niyə masadan yapışır? - FOTO

Ötən gün Rusiya Prezidenti Vladimir Putinin Müdafiə naziri Sergey Şoyqu ilə görüşündə çəkilən bir foto gündəm olub.   Sfera.az xəbər verir ki, görüş əsna...

Rusiya Mariupola nəzarəti ələ keçirdi: Şoyqu Putinə məruzə etdi - VİDEO

Kremldə Rusiya Prezidenti Vladimir Putin və ölkənin müdafiə naziri Sergey Şoyqu arasında görüş keçirilir. Bu barədə məlumatı "TASS” yayıb. Görüşdə Ş...

Vaxtanq Kikabidze Putinin gələcək taleyilə bağlı PROQNOZ VERDİ

Gürcü aktyoru, rejissoru və müğənnisi Vaxtanq Kikabidze Ukraynanı qətiyyətlə dəstəkləyən, Rusiyanın bu ölkəyə təcavüzünü pisləyən sənətçilərdəndir. Sfera....