Rusiyanın siyasi rəhbərliyi dəyişir: Krım və Donbas geri alınacaq - ŞOK AÇIQLAMA

Rusiyanın siyasi rəhbərliyi dəyişir: Krım və Donbas geri alınacaq - ŞOK AÇIQLAMA
Rusiya prezidenti Putin ağır xəstədir və artıq Rusiya Federasiyasında siyasi rəhbərliyin dəyişməsinə hazırlıqlar görülür.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov "Sky News” telekanalına müsahibəsində deyib. Videomüsahibədən kadrlar Ukrayna Xüsusi Rabitə Dövlət Xidmətinin sosial şəbəkə səhifəsində yayımlanıb.

"Bütün bunlar Rusiya Federasiyasının siyasi rəhbərliyinin dəyişməsinə gətirib çıxaracaq. Artıq bunun üçün proseslər başlayıb və Rusiya artıq bu istiqamətdə hərəkət edir",- deyə Budanov bildirib.

Ukrayna kəşfiyyat rəhbəri bildirib ki, Rusiya Federasiyasında siyasi rəhbərlik dəyişikliyinə doğru hərəkat artıq başlayıb və "onu dayandırmaq artıq mümkün deyil”. Budanov eyni zamanda "Rusiya diktatoru" Putinin səhhətinin pis olması ilə bağlı şayiələri də təsdiqləyib.

"Sizə deyə biləcəyim yeganə şey odur ki, biz bunu tamamilə təsdiq edirik. Putin kifayət qədər pis psixo-emosional və fizioloji vəziyyətdədir. O, çox ağır xəstədir. Eyni zamanda, onun bir neçə əhəmiyyətli xəstəlikləri var, onlardan biri xərçəng xəstəliyidir”,- deyə Budanov vurğulayıb.

Budanov müsahibəsində müharibənin ilin sonuna qədər bitəcəyini, Ukraynanın Krımı və Donbası geri qaytaracağı məsələsindən də danışıb. "Dönüş nöqtəsi avqustun ikinci yarısında olacaq. Bu ilin sonuna kimi aktiv döyüş əməliyyatlarının əksəriyyəti başa çatacaq. Nəticədə Donbas və Krım da daxil olmaqla, itirilmiş ərazilərimizdə Ukraynanın suverenliyini bərpa edəcəyik”,- deyə Budanov əminliklə bildirib.

Onun sözlərinə görə, diqqətin Ukraynanın şərqinə yönəlməsinə baxmayaraq, Rusiyanın hərbi taktikası dəyişməyib – Rusiya "böyük” itkilər verir. "Biz düşmənimiz haqqında hər şeyi bilirik. Biz onların planlarından demək olar ki, planlar qurulanda xəbər tuturuq ",- deyə general-mayor vurğulayıb.

"Avropa Rusiyada böyük təhlükə görür və onun təcavüzündən qorxur. Biz Rusiya ilə 8 ildir vuruşuruq və bilirik ki, böyük Rusiya gücü sadəcə, bir mifdir. Rusiya o qədər də güçlü deyil, onun ordusu sadəcə, silahlı adamlar dəstəsdir”,- deyə Budanov əlavə edib. / Bizimyol.info
 

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...