Rusiyalı qadın Dubayda ayrı-seçkiliyə məruz qaldı – FOTO

Rusiyalı qadın Dubayda ayrı-seçkiliyə məruz qaldı – FOTO

BƏƏ-də istirahət edən rus qadın Lisa Litvin vətəndaşlıq zəminində ayrı-seçkiliklə üzləşib.

 

Sfera.az xəbər verir ki, Dubaydakı ticarət mərkəzlərinin birində o, əldə edəcəyi əşyanı Rusiyaya götürməyəcəyinə dair sənəd imzalayana qədər "Chanel”dən çanta ala bilməyib:

 

 

"Dünən "Mall of Emirates"də idim, çanta seçirdim. Çantanın pulunu ödəməyə qərar verəndə məndən şəxsiyyəti təsdiq edən məlumatları istədilər, rus telefon nömrəmi verdim. Satıcı menecerlə gəldi, aldığım məhsulları "Rusiyada daşımayacağım və Rusiyada geyinməyəcəyimə" dair bir sənəd imzalayacağım təqdirdə satacaqlarını dedilər”, - deyə bildirib.

 

 

Rus qadın bunu ayrı-seçkiliyin təzahürü kimi qiymətləndirib. O, imzalaması tələb olunan sənədin şəklini çəkib və sosial şəbəkələrdə yerləşdirib və çantanı almadığını deyib.

 


 

 
Əzizə Zeynal
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR