Rusiyada yaşayan Azərbaycanlı milyarderlər 5 gündə nə qədər pul itirib? - ŞOK RƏQƏMLƏR

Rusiyada yaşayan Azərbaycanlı milyarderlər 5 gündə nə qədər pul itirib? - ŞOK RƏQƏMLƏR
Rusiya və Ukrayna arasındakı münasibətlərin kəskinləşməsi və hərbi əməliyyatlar Rusiyada yaşayan azərbaycanlı milyarderlərə də təsirsiz ötüşməyib. Belə ki, Rusiyanın qlobal banklararası məlumat və ödəniş sistemi olan "SWIFT” dən çıxarılması həmçinin Avropa tərəfindən Rusiyaya qarşı qoyulan digər embarqolar, milyarderlərin milyardlarla pul itirməsi ilə nəticələnib.

Sfera.az  "Forbes” nəşrinə istinadən bildirir ki, neftin qiymətinin kəskin bahalaşmasına baxmayaraq "Lukoyl” un ortaq sahibi Vahid Ələkbərovun sərvəti 5,4 milyard dollar azalaraq 19,5 milyard dollara düşüb. 


Rusiyada yaşayan digər milyarder "Crocus Group” un sahibi Araz Ağalarov da zərər çəkən şəxslərdəndir. Sərvəti 1,2 milyard dollar dəyərində qiymətləndirilən məşhur biznesmen də ciddi itkilərə məruz qalıb.

Çerkizovski bazarının qurucuları, Lyublinodakı "Moskva” ticarət mərkəzi və bir neçə böyük iş yerlərinin sahibləri Qod Nisanov və onun ortağı Zarax İliyev də zərərçəkən azərbaycanlı milyarderlər sırasındadırlar.


Siyahıda biznes həyatına Rusiyadan gətirdiyi xəzləri Londonda satmaqla başlayan, "Notrgaz” şirkətinin sədri olan Fərhad Əhmədov da var. Şəxsi sərvəti 1,4 milyard olduğu qeyd edilən azərbaycanlı milyarderin də sərvətindən böyük məbləğdə itki verdiyi qeyd olunur.

Qeyd edək ki, Rusiyanın digər oliqarxları da hər gün milyardlarla dollar itirməkdə davam edirlər.

Belə ki, "Severstal”ın direktorlar şurasının sədri və əsas səhmdarı Aleksey Mordaşov 3,5 milyard dollar itirib. "Norilsk Nikel”in prezidenti Vladimir Potaninin sərvəti isə 3,3 milyard dollar azalıb.
 
(bizim.media)

OXŞAR XƏBƏRLƏR

Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.   Sfera.az bildirir ki, yazar kosmonavtın İ...

Günün qoroskopu: Bunları etməyin!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik: Qoç - Günün kursunu səhər...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq spiker, MSDM rəhbəri İsa Qəmbərə 180 manat pensi...

Hansı BÜRCÜN kişiləri daha ŞORGÖZDÜR? - Xəyanət etməyə potensial namizədlər

"Xəyanət etməyən kişi yoxdur" fikrini qadınların dilindən tez-tez eşidirik. Lakin bir sıra özəlliklərinə görə kişilərin xəyanətə meyilliklərində də fərqlər var....

Günün qoroskopu: Dostlarla görüş, romantik təmas...

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:   Qoç - günün ilk...