Rusiyada qubernatorlar istefa verdilər

Rusiyada qubernatorlar istefa verdilər
Rusiya Federasiyasının Tomsk vilayətinin qubernatoru Sergey Jvaçkin və onun Kirov vilayətindən olan həmkarı İqor Vasilyev səlahiyyət müddətinin sona yaxınlaşması ilə əlaqədar öz vəzifələrini tərk edəcəklərini bildiriblər.

Jvaçkin bildirib ki, bu ilin yanvarında onun 65 yaşı tamam olub və o, ölkənin ən qocaman rayon rəhbərlərindən biridir. Rusiya Prezidenti Vladimir Putin onun istefasını dəstəkləyib.

"Mən qanunlara əməl etməyə öyrəşmişəm. Heç vaxt kreslodan yapışmadım. Bunlar mənim istefa qərarımı müəyyənləşdirdi”, - deyə S.Jvaçkin bildirib.
Sergey Jvaçkin 2012-ci ildən Tomsk vilayətinin rəhbəridir. 2017-ci ildə o, qubernator vəzifəsinə ikinci müddətə seçilib, səlahiyyət müddəti 2022-ci ildə başa çatır. Bundan əvvəl Jvaçkin neft-qaz sektorunda çalışıb.

Digər istefa verən rusiyalı qubernator İqor Vasiliev 2016-cı il iyulun 28-dən Kirov qubernatoru vəzifəsində çalışır. Bundan əvvəl o, "Rosreestr”ə rəhbərlik edib.
Ryazan vilayətinin qubernatoru Nikolay Lyubimov da növbəti seçkilərə qatılmayacağını bəyan edib.(oxu.az)
 

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...