Rusiya-Ukrayna müharibəsi rus ulduzlarını iki cəbhəyə AYIRDI – Kimə hansı qadağa qoyulub? / FOTOLAR

Rusiya-Ukrayna müharibəsi rus ulduzlarını iki cəbhəyə AYIRDI – Kimə hansı qadağa qoyulub? / FOTOLAR
Hansı rus ulduzlar müharibədən sonra Rusiyanı tərk edib? Kimlərin Avropada konsert verməsinə qadağalar qoyulub?
 
Rusiya-Ukrayna müharibəsi rus ulduzlarını iki cəbhəyə ayırıb.
 
Əksəriyyəti prezident Putinin siyasətini dəstəkləsə də, bəziləri müharibə başlayan kimi ölkəni tərk edib.
 
Bizim.Media-nın araşdırması nəticəsində rusiyalı məşhurların hansı cəbhədə qərarlaşdığı və nə itkilərlə üzləşdiyi ilə tanış ola bilərsiniz.
 
Alla Puqaçova və Maksim Qalkin cütlüyü müharibənin ilk günlərindən mövcud dövlət siyasi qərarlarına etiraz edərək Rusiyanı tərk ediblər.
 
Məşhur reper  "Oxxxymiron” da müharibəyə etiraz edib ölkəni tərk edənlər sırasındadır. Əsl adı Miron Fyodrov olan reper Rusiyanın başladığı müharibəyə etiraz olaraq Moskva və Sank Peterburq konsertlərini ləğv edib. Əvəzində İstanbulun Kadıköy ərazisində konsert verən reper açıqlayıb ki, konsertdən əldə etdiyi bütün məbləğ Ukraynaya humanitar yardıma xərclənəcək.
 
Rusiyanı tərk edən məşhurlar arasında aktrisa Vera Polozkova və məşhur tele-aparıcı, prezidentliyə keçmiş namizəd Kseniya Sobçak da var.



Vətənini tərk edən məşhurlar sırasında Azırbaycanda da vaxtilə geniş dinləyici kütləsi olan Rusiyanın Xalq Artisti, müğənni Valeri Leontyev də var. Deyilənə görə, müğənni xaricdəki geniş biznes fəaliyyətini qorumaq üçün bunu edib.


Rus ulduzların və sənətçilərin böyük əksəriyyəti Rusiyanı və ölkə başçısı Putini dəstəkləsə də, bəziləri bu məqamda susmağa üstünlük verir.

Rusiya müharibəsinə açıq dəstəklərini ifadə edən müğənilər Flip Kirkorov və Polina Qaqarinaya qarşı Avropa ölkələrində sanksiyalara start verilib. Belə ki, Estoniyada konsert proqramında çıxışa hazırlaşan müğənnilər konsertlərinin ləğv olunması şokunu yaşayıblar.

 

OXŞAR XƏBƏRLƏR

Ancelina Coli Lvovda raket hücumu təhlükəsi ilə ÜZ-ÜZƏ QALDI - VİDEO

Hollivudun məşhur aktrisası Ancelina Coli Lvovda səfərdədir. Sfera.az Unian-a istinadən xəbər verir ki, hava sireninin səsindən sona o, izdihamla birlikdə s...

Rusiya-Ukrayna müharibəsi rus ulduzlarını iki cəbhəyə AYIRDI – Kimə hansı qadağa qoyulub? / FOTOLAR

Hansı rus ulduzlar müharibədən sonra Rusiyanı tərk edib? Kimlərin Avropada konsert verməsinə qadağalar qoyulub?   Rusiya-Ukrayna müharibəsi rus ulduzları...

Rza Zərrab onunla sevgilidir? - FOTO

Müğənni Petek Dinçöz bir müddət əvvəl Türkiyəni tərk edərək Mayamiyə köçüb.   Sfera.az xəbər verir ki, oğlunun təhsili üçün oraya getdiyi deyilən ifaçı il...

Filipp Kirkorov məhkəməyə verildi - FOTO

Filipp Kirkorovun vəkili Alekandr Dobrovinski müğənninin borcu barədə xəbərə aydınlıq gətirib. REN TV-nin xəbərinə görə, Kirkorovun Latviyanın ABLV bankın...

Valeriyanın oğlu həftə ərzində 3-cü dəfə qəzaya düşdü

Rusiyanın Xalq artisti Valeriyanın oğlu Arseni Şulqin həftə ərzində üçüncü dəfə yol qəzasına düşüb. Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu ba...

Con Lennonun eynəyi 183 min dollara satıldı - Fotolar

Əfsanəvi "The Beatles" qrupunun üzvü Con Lennonun eynəyi hərracda 137,5 min funt sterlinqə (təxminən, 183 min dollar) satılıb. Sfera.az bildirir ki, eynək "Sot...