Rusiya-Ukrayna müharibəsi ABŞ-nin diqqətini bu ölkədən yayındıra bilmədi: "Sanksiyalara qoşulmasalar..."

Rusiya-Ukrayna müharibəsi ABŞ-nin diqqətini bu ölkədən yayındıra bilmədi:
"Dünyanın diqqəti Rusiyanın Ukraynaya işğalına və davam edən müharibəyə yönəlsə də, Vaşinqton-Pekin qarşıdurması da səngiməyib. ABŞ-ın ticarət naziri Cina Raymondo deyib ki, Çin şirkətləri Rusiya əleyhinə sanksiyalara qoşulmasalar, onlara qarşı da sanksiyalar tətbiq olunacaq”. 
 
Sfera.az xəbər verir ki, bu sözləri "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 
 
Politoloq bildirib ki, Çinin Şanxay şəhərindəki nəhəng "SMIC" şirkəti Qərb texnologiyaları əsasında proqram təminatı üçün yarımkeçiricilər istehsal edir:
 
"Semiconductor Manufacturing International Corp" (SMIC) şirkəti Rusiyaya məhsul ixrac edərsə, ABŞ həmin şirkəti proqram təminatından məhrum edəcək. ABŞ-nin ticarət nazirinin sözlərinə görə, ölkəsi Çinin həmin şirkəti ilə əməkdaşlığı dayandırsa, Çin çip istehsal edə bilməyəcək. Bu Çinə böyük zərbə olar. 
Beləliklə, Vaşinqton çalışır ki, Pekin Ukrayna məsələsində "neytral” siyasətdən əl çəksin. Avropa İttifaqının xarici siyasət məsələləri üzrə komissarı Jozep Borrel də bir müddət əvvəl Çinin xarici işlər naziri Van İnə müraciət edərək müharibənin dayandırılması məqsədilə Pekinin Kremlə təsir etməsini istəyir.  
Buna baxmayaraq, Pekinin mövqeyində dəyişiklik yoxdur. Əlbəttə Pekin müharibənin dayandırılmasını istəyir. Çünki müharibənin davam etməsi Çin üçün geosiyasi və geoiqtisadi risklər yaradır. 
 
Birincisi, Çinin Ukrayna ilə iqtisadi əməkdaşlığı donub, Çin Ukraynadan kənd təssərrüfatı məhsulları idxal edə bilmir. 
 
İkincisi, Qərb sanksiyaları səbəbindən Rusiya iqtisadiyyatının zəifləməsi nəticəsində Çinin böyük bazarda gəlirləri azalacaq. Çünki Rusiya vətəndaşlarının alıcılıq qabiliyyəti getdikcə azalacaq. 
 
Üçüncüsü, müharibənin davam etməsi Çinin "bir kəmər, bir yol” layihəsinə təhlükə yaradır. 
 
Dördüncüsü, Amerika Ukrayna böhranı fonunda Çinin müxtəlif şirkətlərinə qarşı sanksiya siyasətini genişləndirə bilər ki, bu, Pekinə əlavə problemlər yaradacaq”.
 
Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Türkiyə ilə İsrail arasında təbii qaz kəməri çəkiləcək?

"İsraillə təbii qaz kəmərinin çəkilməsi qısa müddətdə mümkün deyil". Sfera.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyi...

Rusiyadan QƏRAR - Ammonium nitratın ixracına qadağa qoydu

Rusiya hökuməti ammonium nitratın Avrasiya İqtisadi İttifaqının (Aİİ) hüdudlarından kənara ixracına qoyduğu qadağanı 2022-ci ilin mayın 1-dək uzadıb. Sfera...

Rusiya ərzaq “müharibəsi”nə başlayır - Taxıl və şəkər ixracı məhdudlaşdırılır

Rusiya Avropa İqtisadi İttifaqı (Aİİ) ölkələrinə taxıl məhsullarının, digər ölkələrə isə ağ şəkər və xam şəkərin ixracını bu ilin martın 31-nə kimi qadağan edib...

Rusiyanın üzləşdiyi çətinliklər: Neft satışında problemlər bu aydan başlayacaq – Baş nazirin müavini danışdı

Rusiyanın neft və qaz ixracında problemlər aprel müqavilələrindən başlanıb.   Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda açıqlamanı baş...

Rusiya-Ukrayna müharibəsi ABŞ-nin diqqətini bu ölkədən yayındıra bilmədi: "Sanksiyalara qoşulmasalar..."

"Dünyanın diqqəti Rusiyanın Ukraynaya işğalına və davam edən müharibəyə yönəlsə də, Vaşinqton-Pekin qarşıdurması da səngiməyib. ABŞ-ın ticarət naziri Cina Raymo...

Rubla ikinci zərbəni FED vuracaq

Sanksiyalar səbəbindən ucuzlaşan Rusiya rubluna daha bir zərbəni ABŞ mərkəzi bankı (FED) vuracaq.    Sfera.az xatırladır ki, sanksiyalardan sonra do...