Rusiya klubu ev oyununu Bakıda keçirmək istəyir
22:35 / 27.02.2022
2194
Rusiyanın "Spartak"(Moskva) klubu UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Almaniya "Leypsiq"inə qarşı keçirəcəyi ev oyununa Bakıda çıxa bilər.
Sfera.az xəbər verir ki, bunu Rusiyanın "Championat.com" saytına açıqlamasında Moskva təmsilçisinin mətbuat xidmətinin rəhbəri Dmitri Zelenov deyib.
Klub rəsmisi bunları söyləyib:
"Leypsiq"lə görüşün Bakıda keçirilməsi əsas hədəfimizdir. Hazırda UEFA-dan olan həmkarlarımızla bu variant üzərində işləyirik. Həftənin əvvəlində hər şeyin dəqiqləşməsini gözləyirik".
Qeyd edək ki, "Leypsiq" - "Spartak" matçı martın 10-da, cavab görüşü isə 17-də keçiriləcək.
(offsideplus.az)