Rusiya bu ölkəyə hücuma keçir? - "Kremlin şübhələri artıran ikibaşlı mesajları..."

Rusiya bu ölkəyə hücuma keçir? -
Avropa İttifaqı Moldovaya əlavə hərbi yardım göndərir. Bunu Avropa Şurasının rəhbəri Şarl Mişel dünən Moldova Prezidenti Maya Sandu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib. 
 
"Biz bunun üçün imkanlarımızı nəzərdən keçiririk. Həmçinin tanınmamış Dnestryanı bölgədə gərginliyin qarşısını almalıyıq. Bu, çox vacibdir”, - o söyləyib.
Bu fonda maraqlıdır, Rusiya Modovaya hücum edəcək?

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Nazim Cəfərsoy deyib ki,  Moldovaya hücum və Dnester bölgəsində qarışıqlıq çıxarmaq bugünkü şərtlərdə hələlik Rusiyanın marağında deyil:

"Orada onsuz da rus ordusu var, qondarma rejim Rusiya tərəfdarıdır. Dnester barədə Rusiya üçün problem o bölgə ilə birbaşa əlaqənin olmaması sayıla bilər. Ancaq Rusiya Odessa bölgesini ələ keçirsə, Kreml üçün bu mövzu həll olunacaq. Bundan başqa Dnesterdeki hərbi gücün - 1700 rus hərbçisi və 15 min separatistin Ukraynaya hücumu müharibənin taleyində həlledici rol oynaya bilməz. Tam tərsi, Rusiya üçün hərbi cəbhəni genişləndirə və prosesə Moldovanın da daxil edilməsi nəticəsini doğurar”.

N.Cəfərsoy qeyd edib, mövcud strateji mənzərədə bu prosesə NATO üzvü Rumıniyanın və onun üzərindən NATO-nun hərbi formada qarışması təhlükənin artması deməkdir:

"Bu da Rusiya üçün əlavə ciddi problemlər yarada bilər. Dnester məsələsində Kremlin şübhələr artıran müəyyən ikibaşlı mesajlar verməsi isə taktiki baxımdan Ukraynaya Odessa konteksində  təzyiqi artırmaq, spesifik olaraq Moldova və Rumıniyanı da Ukraynaya dəstəkdən çəkindirmək mahiyyəti daşıyır. Ancaq Dnesteryanı bölgədə və Rusiyadakı dairələrdə bunu istəyən bir lobbi də var. Bu konyekturada  cəbhəni genişlətmə Ukraynanın marağına daha uyğundur. Rəsmi Kiyev onsuz da prosesə öz tərəfindən daha çox ölkənin cəlb olunması istəyi və cəhdlərini açıqca göstərir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

“Fərid Hacıyevin bu vəzifəyə təyinatı idarəçiliyə yeni ruh gətirəcək” – AÇIQLAMA

"Fərid Hacıyevin Milli Məclisin Aparat rəhbəri təyin olunması xəbərini məmnunluq hissi ilə qarşıladım. Bu cür önəmli və məsuliyyətli posta gənc bir kadrın təyin...

Baydenin son qərarı Rusiyanı diz çökdürəcək? - "Yayda qanlı döyüşlər gözlənilir..."

ABŞ prezidenti Co Bayden dünən "Ukrayna demokratiyasının müdafiəsi üzrə Lend-Liz Aktı"nı imzalayıb. Beləliklə, İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizə...

Putin “Qırmızı meydan”da nə deyəcək? - AÇIQLAMA

"Ukraynanın işğalı planı Rusiyanın istədiyi kimi getmir, hətta A planını – Kiyevi tutmağı - bacarmayan ruslar B planına - Donbası tamamilə zəbt etməyə də tam na...

Qriqoryanın son bəyanatı nəyə hesablanıb? – AÇIQLAMA

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Bakıdan  Qarabağdakı ermənilərin təhlükəsizliyinə təminat istədiyini açıqlayıb.  Qarabağ mü...