Ürəyindən bıçaqlanan qadını qaynı öldürübmüş - RƏSMİ AÇIQLAMA
11:15 / 01.04.2022
1284
Cəlilabadda 49 yaşlı qadının ürəyindən bıçaqlanaraq öldürülməsi ilə bağlı məlumat vermişdik.
Rayon prokurorluğundan Sfera.az-a bildirilib ki, martın 31-də Sarxanlı kənd sakini, 1973-cü il təvəllüdlü Südabə Həsənovanın öldürülməsi barədə məlumat daxil olub.
Araşdırmalarla qadının ərinin qardaşı, 1966-cı il təvəllüdlü Mehdi Həsənovun birgə yaşadıqları mənzildə S.Həsənovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Mehdi Həsənov şübhəli şəxs qismində tutulub. İstintaq davam edir.