Rektor deputatdan etiraf: "Şagirdi vurmuşam, itələmişəm"

Rektor deputatdan etiraf:
"Son zamanlar məktəblərdə baş verən hadisələrlə bağlı xəcalət çəkirəm. Müəllim uşağı döyür, baxçada uşağı vururlar, tələbə müəllimin üzünə durur. Müəllim müqəddəs varlıqdır. Hətta bizim dövrümüzdə valideyn öz uşaqlarının öhdəsindən gəlmədikdə, müəllimdən xahiş edirdi ki, onu tənbeh edin, lazım olsa cəzalandırın. Yalandan böyük sinif uşağını müəllim bir dəfə itələməklə, əlindən vurmaqla zorakılığa məruz qaldı, uşağı döydü deyilir. Bu düzgün yanaşma deyil”.

Sfera.az xəbər verir ki, bu fikirləri millət vəkili, Müəllimlər İnsitutunun sabiq rektoru Aqiyə Naxçıvanlı Bizim.Media-ya müsahibəsində qeyd edib.

Millət vəkili müəllimlərə qarşı sərgilənən mövqeyi sərt tənqid edib:

"Amma indi bir hadisə baş verən kimi, qəsdən hazırlayırlar, şagird müəllimlərin üzünə durur. O hansı tərbiyəyə malik olan insandır ki, müəlimin üzünə durur, narazılığını bildirir və nəticədə müəllim günahkar olur. Fikirləşmək lazımdır ki, o hansı ailədən gəlib. Belə çıxır ki, valideyn tamamiləmi övladının tərbiyəsi ilə məşğul olmur? Övladının təhsilini də, tərbiyəsini də müəllimin öhdəsinə buraxır. Bununla belə, istəyir ki, müəllim onun uşağına güldən ağır söz deməsin. Bu mümkün olan şey deyil”.

Millət vəkili son vaxtlar məktəblərdə bullinq olaylarına şəxsən şahid olduğunu da qeyd edib. Digər bir problem kimi isə, Aqiyə Naxçıvanlı məktəblə valideynlər arasında əlaqələrin zəif olmasını ön plana çıxarıb. Bununla yanaşı, millət vəkili təhsil proqramlarının ağırlığı səbəbindən uşaqların sağlamlığında ciddi fəsadların yarandığını da bildirib.

"Valideyn məktəbə gedən uşağa bufetdən nə isə almağa pul verir, başqa heç nə ilə maraqlanmır, her şeyi müəllimlərin öhdəsinə buraxırlar. Müəllim də daş deyil ki. O da insandır, onun da səbr kasası daşır. Bizim dövrümüzdə müəllimin üzünə durmaq olardı? İndi müəllimi itələyib yanından keçən var, sözünün üstünə söz qoyan var, müəllimi təhqir edib, lağa qoyanlar var. Belə olmaz. Buna görə də cəmiyyət təhsilə üzünü çevirməlidir, təhsildən yox”, - deyə müsahibimiz qeyd edib.

Millət vəkili Bakının 165 saylı məktəbində baş verən xoşagəlməz olaya və müəllimin cəzalandırılmasına da münasibət bildirib:

"Bu düzgün deyil. Mən anlamıram, burada şagirdin heç bir günahı olmadı? Onun tərbiyəsinin heç bir günahı olmadı? Hər şeydə müəllim günahkar oldu? Başa düşürəm, baxçada dilsiz-ağızsız uşağa əl qaldırmaq olmaz.

Yuxarı sinif uşağını direktor yalandan itələyib, deyirlər "zorakılıq”. Bu zorakılıqdır? Onun ərki çatıb bunu edib. Mən özüm də müəllim olmuşam. Olub ki, şagirdin əlindən də vurmuşam, itələmişəm, başa düşməyəndə cəzalandırmışam. Bunlar olan şeylərdir. Bunu düşmən kimi etmirsən ki. Müəllimin imicini saxlamaq lazımdır”.

OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?” – Dilqəm Əsgərovun Şahbaz haqda heç yerdə demədikləri... - MÜSAHİBƏ

Sfera.az bildirir ki, Gündəm.az-ın suallarını yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov cavablandırı...

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”     Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət qu...

"Müttəfiqlik həqiqətlərin mahiyyətini dəyişə bilməz"

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin moderator.az-a müsahibəsin təqdim edir:   -Ülvi müəllim, Ermənistanın baş naziri N.Paşinyan mayın 16-da ...

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:   - "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anl...

“Bu məsələ Prezidentin və parlamentin gündəliyindədir, seçkilər keçiriləcək...” – Ceyhun Məmmədovla MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovdur.   Millət vəkili ilə mü...

Tanınmış şairə: “Yüksək vəzifəli məmurları gecə 1-in yarısı yola saldım”

"Toyun ssenarisini şəxsən özüm işləmişdim, dekorundan tutmuş, çəkilişinə qədər hər şey düşünülmüşdü".    Bunu tanınmış şairə, teleaparıcı Nazilə Səf...