“Real Madrid” yubiley, Ançelotti tarixi çempionluq əldə etdi

“Real Madrid” yubiley, Ançelotti tarixi çempionluq əldə etdi
Real Madrid" komandası tarixində 35-ci dəfə İspaniya çempionatının qızıl medallarına sahib olub.

"Kral klubu" yubuley çempionluğunu La Liqada sona 4 tur qalmış əldə edib. XXXIV turda "Espanyol"u qəbul edən paytaxt təmsilçisi 4:0 hesabı ilə qalib gəlib.

"Santyaqo Bernabeu" stadionunda keçirilmiş matçda qolları 33-cü və 43-cü dəqiqələrdə Rodriqo, 56-cı dəqiqədə Marko Asensio və 81-ci dəqiqədə Kərim Benzema vurub.

Bununla xallarını 81-ə çatdıran "Real Madrid" ən yaxın izləyicisi "Sevilya"nı 17, potensial izləyicisi "Barselona"nı 18 xal geridə qoyub.
"Kral klubu"na rəhbərlik edən Karlo Ançelotti isə "Böyük beşlik" ölkələrinin çempionu adını qazanan ilk baş məşqçi olub.
 

OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...