“Real Madrid” Ukraynaya yardım üçün böyük məbləğdə pul ianə edəcək

“Real Madrid” Ukraynaya yardım üçün böyük məbləğdə pul ianə edəcək
"Real Madrid” müharibə nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan ukraynalı qaçqınlara yardım edəcək.

Klubdan verilən məlumata görə, yardım məqsədilə Qırmızı Xaç Cəmiyyətinə və klubun Ukraynadakı Fond tərəfdaşına bir milyon avro ianə ediləcək.

"Real Madrid” Fondunun kampaniyası çərçivəsində toplanan vəsaitin bir hissəsi Ukraynanın cənub-qərb bölgəsinin ehtiyaclarına və Ukraynanın qərb vilayətlərində məcburi köçkünlərə dəstək olmağa yönəldiləcək.

Bundan əlavə, qeyd olunub ki, "Real Madrid” Fondu Ukraynadakı məcburi köçkünlərə və digər Avropa ölkələrinə pənah aparanlara geyim və zəruri əşyalarla da kömək edir. Fond Ukraynadan İspaniyaya gələn qaçqınlara ilkin yardım göstərmək üçün 13 000-dən çox isti və idman geyimi bağışlayıb.

Bildirilib ki, "Ukrayna ilə birlikdə” kampaniyası zəruri müddət boyu davam edəcək.

OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...