Qurban Qurbanovun hərəkəti UEFA-nın iclasında müzakirə olundu

Qurban Qurbanovun hərəkəti UEFA-nın iclasında müzakirə olundu
AFFA-nın icraçı vitse-prezidenti, UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) sədri Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinin iclasına videokonfrans formatında qoşularaq rəhbərlik etdiyi komitənin illik fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib.

Sfera.az xəbər verir ki, məruzədə digər məsələlərlə yanaşı, UEFA Avropa Konfrans Liqası çərçivəsində bu il fevralın 24-də keçirilmiş "Qarabağ” – "Marsel” oyununda qeydə alınmış "fair play” hadisəsi xüsusi olaraq UEFA İcraiyyə Komitəsinin üzvlərinin diqqətinə çatdırılıb.

Xatırladaq ki, "Qarabağ” – "Marsel” oyununda Ağdam təmsilçisinin vurduğu qol hakim tərəfindən qeydə alınmış, baş məşqçi Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirmiş və qol qərarı ləğv edilmişdi. Bu məsələ UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin martın 14-də keçirilən iclasında da müzakirə olunmuşdu.

OXŞAR XƏBƏRLƏR

Qurban Qurbanovun hərəkəti UEFA-nın iclasında müzakirə olundu

AFFA-nın icraçı vitse-prezidenti, UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) sədri Elxan Məmmədov U...

UEFA “Qarabağ”la oyundan sonra “Marsel”ə qarşı iş açdı

UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin "Qarabağ”la oyunundan (3:1) sonra "Marsel”ə qarşı intizam işi açıb. Sfera.az xəbər verir ki, bu barədə qur...

Azərbaycan-Lüksemburq matçında heyətlər açıqlandı - SİYAHI

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində bu gün Bakıda baş tutacaq Azərbaycan-Lüksemburq matçında komandaların start heyətəri açıqlanıb. Sfera.az xəbər ve...

Rövnəq Abdullayev FIFA prezidenti ilə görüşdü

Avropa çempionatının A qrupunda Bakı Olimpiya Stadionunda təşkil edilmiş İsveçrə - Türkiyə oyununu izləmək üçün Bakıda səfərdə olan FIFA-nın prezidenti Gianni İ...

Sabahdan idman zalları açılır - QAYDALAR VƏ ŞƏRTLƏR

"Operativ Qərargahın məlum qərarından sonra nazirlik bir sıra tədbirlər həyata keçirib. Artıq bütün federasiyalara tövsiyə xarakterli məktub göndərilib. Hər bir...

İcra başçısı uduzdu

Bakının Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Beynəlxalq Boks Assosiasiyasının (AIBA) prezidenti seçilə bilməyib. Sfera.az-ın məlum...