Qurban Qurbanov qol vurdu - "Neftçi" qalib gəldi

Qurban Qurbanov qol vurdu -
Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təşkilatçılığı ilə "Neftçi"nin mərhum prezidenti Aqil Paşayevin 75 illiyi münasibətilə yoldaşlıq görüşü keçirilib. 
 
Sfera.az-ın məlumatına görə, "ağ-qaralar"ın veteranları ilə idman jurnalistlərindən ibarət komandaların dostluq görüşü Aqil Paşayevin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 
Daha sonra oyunun baş hakimi, FİFA referisi Tahir Süleymanov start fitini verib. 
 
1999-cu ildə Aqil Paşayevin prezidentliyi dövründə Azərbaycan kubokunu qazanmış "Neftçi"nin" sarı-qara" forması ilə veteranlar komandasının heyətində Elxan Həsənov, Emin Ağayev, İqor Getman, Rəşad Sadıqov, Samir Abbasov, Elmar Baxşiyev, Mahmud Qurbanov, Ceyhun Sultanov, Qurban Qurbanov, Nazim Süleymanov, Bəxtiyar Musayev, Vadar Nuriyev, Mehman Yunusov, Seymur Rəhimov, Aftandil Hacıyev, Samir Əliyev, Zaur İsmayılov, Rəşad Abdullayev kimi tanınmış veteranlar, futbolumuzun canlı əfsanələri meydana çıxıb. 
 
"Neftçi"nin" ağ-qara" rəngli forması ilə "AİJA Media” komandasının heyətində isə Ramiz Mirzəzadə, Emin Abbasov, Asəf Zeynallı, Tural Məmmədli, Səbuhi Səfiyarlı, Mahal Məmmədov, Teymur Maqsudov, Sərxan Abışov, Fərid Ramazanov, Gündüz Abbaszadə, Ümid Süleymanov, İsmayıl Abdullayev, Xanoğlan İmanov, Mehman Rəsulov, Ramin Allahverdiyev, Faiq Tahirov, Elvin Rüstəmov, Kənan Həsənov oynayıb. 
 
"Neftçi"yə Nazim Süleymanov, AİJA Mediaya Ceyhun Əliyev baş məşqçilik edib.
 
Gərgin mübarizə şəraitində keçə oyun 3:2 hesabı ilə "Neftçi" veteranlarının qələbəsi ilə yekunlaşıb. 
 
FİFA referisi Tahir Süleymanov, Sabir Hacıyev və Azad Hüseynovdan ibarət hakimlər briqadasının idarə etdiyi oyunda "Neftçi"də komandanın oynayan baş məşqçisi və kapitanı Nazim Süleymanov, Qurban Qurbanov və Samir Əliyev, "AİJA Media"da isə Xanoğlan İmanov və İsmayıl Abdullayev fərqlənib. Xüsusən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun qolu baxımlı alınıb.
 
Oyunun sonunda "AİJA Media" nın kapitanı, Vətən müharibəsinin qalib baş leytenantı Mahal Məmmədov penalti zərbəsindən istifadə edə bilməyib. 





OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...