Qırğızıstan-Özbəkistan sərhədində silahlı insident - Ölənlər var

Qırğızıstan-Özbəkistan sərhədində silahlı insident - Ölənlər var
Qırğızıstanla Özbəkistan arasında sərhəddə daha bir insident baş verib.

Sfera.az xəbər verir ki, hadisə nəticəsində üç Qırğızıstan vətəndaşı güllələnib.

"Mayın 5-də Qırğızıstan-Özbəkistan dövlət sərhədinin Qırğızıstanın Cəlal-Abad vilayətinin Ala-Buka rayonunun Aktam kənd inzibati ərazi dairəsinin Dobo-Korqon ərazisində Özbəkistanın Dövlət Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının sərhədçiləri üç Qırğızıstan vətəndaşına qarşı silahdan istifadə edib. Nəticədə 1974, 1998 və 2000-ci il təvəllüdlü vətəndaşlar yaralanaraq rayon xəstəxanasına çatdırılıblar, lakin onların həyatını xilas etmək mümkün olmayıb”, - deyə Qırğızıstan Sərhəd Xidmətinin Mətbuat xidmətinin məlumatında qeyd olunub.

Bildirilir ki, insidentin səbəblərini aydınlaşdırmaq üçün Qırğızıstanın Ala-Buka istiqamətindəki sərhəd nümayəndəsi dərhal Özbəkistanın Yangi-Kurqan istiqamətində sərhəd nümayəndəsi ilə görüş keçirib. Tərəflər daxili araşdırmaların nəticələrinə əsasən görüşün mayın 6-da davam etdirilməsi barədə razılığa gəliblər.

Faktla bağlı qarşılıqlı əlaqədə olan orqanlar da məlumatlandırılıb, əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
 

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...