Samuxda 37 yaşlı kişi QƏTLƏ YETİRİLDİ - TƏFƏRRÜAT / Hadisə yerindən FOTOLAR

Samuxda 37 yaşlı kişi QƏTLƏ  YETİRİLDİ  - TƏFƏRRÜAT / Hadisə yerindən FOTOLAR
Samuxda 37 yaşlı kişini bıçaqlamaqda təqsirli bilinən şəxs tutulub.
 
DİN-in mətbuat xidmətindən bildirib ki, hadisəni rayon İstixana qəsəbə sakini 1973-cü il təvəllüdlü Habil Qasımov törədib.
 
Keçirilən əməliyyat zamanı hadisəni törədən şəxs tutulub. O, ilkin ifadəsin qətli törətdiyini etiraf edib.
 
Faktla bağlı araşdırma aparılır.
 
 

 


***

23:57
 
Samux rayonunda törədilən qətlin bəzi təfərrüatları məlum olub.
 
Sfera.az-ın yerli bürosunun verdiyi ilkin məlumata görə, 37 yaşlı Elşən Sadıqovu qonşuluqda yaşayan təxminən 55-57 yaşlarında olan Habil Qasımov öldürüb.
 
Belə ki, hadisə mərhumun işlətdiyi çayxananın həyətində baş verib. Mübahisə zamanı sonuncu E.Sadıqovun ürək nahiyəsinə bıçaqla xəsarət yetirib.
 
E.Sadıqov xəstəxanaya aparılsa da yolda keçinib.
 
Faktla bağlı araşdırma aparılır.
 
***

23:16
 
Samuxun İstixana qəsəbəsində qətl hadisəsi baş verib.
 
Sfera.az xəbər verir ki, 37 yaşlı Sadıqov Elşən Suliddin oğlu  ürək nahiyyəsində bıçaqlanıb.
 
Yaralı xəstəxanaya çatırılsada həyatını xilas etmək mümkün olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR