Qəbələdə meşədə yanğın başlayıb

20:19 / 03.04.2022
1599
Qəbələ rayonu, Yenikənd meşəbəyliyinin ərazisində yanğın hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova bildirib.
O qeyd edib ki, hazırda ETSN-in yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri yanğının söndürülməsinə çalışırlar.