Qazlı sular xeyirli, yoxsa zərərlidir? - Belə qəbul edilməlidir - Həkim məsləhəti

Qazlı sular xeyirli, yoxsa zərərlidir? - Belə qəbul edilməlidir - Həkim məsləhəti
Qazlı sulardan həzm prosesini sürətləndirmək, xoşbəxtlik hormonunu artırmaq və orqanizmin enerji deposunu yüksəltmək üçün istifadə edilir. Mütəxəssislərin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, həftə ərzində 4-5 butulkadan çox keyfiyyətsiz qazlı içmək insanlarda asılılığın yaranmasına səbəb olur. Həmin içkilərin tərkibində olan limon turşusu mədənin fəaliyyətinə mənfi təsir göstərməklə yanaşı, mədə xorası və digər xəstəliklərin yaranmasına gətirib çıxarır.
 
Sfera.az xəbər verir ki, həkim-endokrinoloq Lamiyə Həbibbəyli deyib:
 
"1 litrlik şirin içkilərdə 20-30 xörək qaşığı şəkər olur və bu qədər şəkər orqanizmdə piy toxumasına çevrilərək əsasən göbək ətrafına və bud-qalça nahiyəsinə yığışır. Nəticədə piylənmə əmələ gəlir, bu isə ürək və diabet xəstəliklərinin yaranmasına aparıb çıxarır”.
 
Həkimlər həmin içkilərin əvəzinə orqanizmə xeyirli olan təbii süfrə suyunun qəbulunu məsləhət görürlər. Natriumla zəngin təbii süfrə suları təzyiqi aşağı olanlara müsbət təsir göstərir. Təzyiqi yuxarı olanlar isə ona limon əlavə edərək içə bilərlər. Həkim-endokrinoloqun dediyinə görə, həmin suların tərkibi kalium, maqnezium, natrium, kükürd, dəmir və başqa elementlərlə zəngindir:
 
"Mədə turşuluğu az olanlarda onu artırmaq məqsədilə yeməkdən qabaq, mədə turşusu artıq olanlarda isə yeməkdən 40 dəqiqə-1 saat sonra qəbul etmək olar. Yaxşı olar ki, qazlı su içkiləri qazı çıxarılmış formada qəbul edilsin”.
 
 Araşdırmalar nəticəsində məlum olub ki, şüşə qablarda olan mineral sular tərkibini itirmir. Həmin şüşə qabların daha çox tünd rəngdə olması qazlı suyun tərkibini itirməsini minimuma endirir:
 
"Plastmas qablarda olan sulardan uzaq olmaq lazımdır, çünki plastmas istehsalında tərkibinə müxtəlif zərərli maddələr vurulduqda onlar kiçik dozalarda da olsa, zərərli toksinlər orqanizmə daxil olur”.
 
Hər gün istifadə olunan qazlı suyun xeyirli və zərərli tərəflərini öyrənəndən sonra mütəxəssislər həmin mineral suları yalnız yeməkdən sonra həzm prosesini yaxşılaşdırmaq üçün istifadəsini tövsiyə edirlər.
 

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

DİQQƏT: Bu xəstəlikləri olan şəxslər müəllim işləyə bilməz

Bir sıra hallarla yanaşı, müəyyən xəstəlik və əlamətlərə sahib şəxslərin də pedaqoji fəaliyyətlə məşğul olması mümkün deyil. Belə ki, "Pedaqoji fəaliyyətl...

Azərbaycanda vaksinasiya ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata ...

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb. Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Virusa ...

128 yaşlı qadın sirrini açıqladı – “Bu iki qida məni saxlayıb…”

Dünyanın ən yaşlı insanı kimi tanınan cənubi afrikalı Yohanna Mazibukonun bu yaxınlarda 128 yaşı tamam olub.    Sfera.az xəbər verir ki, qarğıdalı f...

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yan...