Qazini döyən şəxs cənnətdə 420 minə torpaq "alıbmış" - TƏFƏRRÜAT
19:56 / 12.05.2022
2418
Qarabağ qazisi Ceyhun Məhərrəmovun mayın 3-də evinin girişində bir qrup şəxs tərəfindən döyülməsi ilə bağlı təfərrüatlar məlum olub.
Sfera.az Musavat.com-a istinadən xəbər verir ki, C. Məhərrəmovun hadisə barədə polisə şikayət etməsindən sonra məlum olub ki, davaya gələnlər arasında Zaur Abdullayev və qardaşı Faiq Abdullayev də olub.
Onlar bir neçə ay öncə ayır-ayrı şəxslərə qarşı xuliqanlıq əməlləri törətmələri və təhdid etdikləri üçün Xətai rayon Baş Polis İdarəsində inzibati xətalar məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək cərimələniblər.
Faiq Abdullayevin adı mətbuata "Şaurma N1”in şəriki Aqil Babayevin işindən məlumdur. Faiq Abdullayev iddia edir ki, Aqil Babayev ona 420 min manat müqabilində cənnətdə torpaq vəd edib.